Türkiyə serial-film sektoru ötən il 602 milyon dollarlıq ixracat edib

Mədəniyyət 14:29 30.03.2025

Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, 2024-cü ildə sürial və film sektoru 602 milyon dollar həcmində ixracata nail olub. 

“EDnews” xəbər verir ki, yerli istehsallar 150-dən çox ölkədə televiziya və rəqəmsal platformalar vasitəsilə 800 milyondan çox tamaşaçıya çatıb. Sektora 47 milyon lirədən çox dəstək ödənişi edilib.

Ticarət Nazirliyi tərəfindən serial və film sektoruna 2024-cü ildə əsasən xarici tədbirlərdə iştirak, reklam, tanıtım, marketinq, dublaj və altyazı xidmətlərini əhatə edən 47 milyon lirədən çox dəstək ödənişi ayrılıb. TÜİK-in məlumatına görə, 2024-cü ildə sektor 602 milyon dollar dəyərində ixracat reallaşdırıb. Minlərlə istehsal 150-dən çox ölkədə televiziya və rəqəmsal yayım platformaları vasitəsilə 800 milyondan çox unikal tamaşaçıya çatıb.

Nazirlikdən verilən açıqlamada, rəqabətin yüksək olduğu bölgələrdə satışların davam etdiyi vurğulanaraq bildirilib: "2025-ci ildə ABŞ, Braziliya, Rusiya, Çin Xalq Respublikası, Tayland, İndoneziya və Malayziyanın da daxil olduğu yüksək rəqabətli bazarlarda serial, film və animasiya istehsallarının satışı davam edəcək. Serial-film sektoru ixracatının əsasən həyata keçirildiyi bəzi Latın Amerikası ölkələri və xüsusilə MENA (Yaxın Şərq və Şimali Afrika) regionunda istehsalların pirat yayımlarla yayılmasına qarşı mübarizə aparılır. Ticarət nümayəndəliklərimiz vasitəsilə bu yayımların qarşısı alınır. 2025-ci ildə tanıtım və təqdimat tədbirləri təşkil edilən istehsalların reklam, tanıtım və marketinq dəstəyi çərçivəsində ilkin təsdiqlə dəstəklənməsi planlaşdırılır".

2024-cü ildə dəstək proqramlarının böyük bir hissəsinin xarici tədbirlərdə iştirak, reklam, tanıtım, marketinq və dublaj-alt yazı xidmətlərindən ibarət olduğu qeyd edilib. Açıqlamada bildirilib ki, 2024-cü ildə 5448 saylı qərar çərçivəsində dəstək qaydalarının daha effektiv tətbiqi üçün müraciət prosesləri sadələşdirilib və nəticədə dəstək müraciətlərində və tədbir sayında əhəmiyyətli artım müşahidə olunub:

"2025-ci ildə qlobal bazarda ilk 5-likdəki yerimizi qorumağı, nazirliyimizin Uzaq Ölkələr və İslam Ölkələri İxracatın İnkişafı Strategiyaları çərçivəsində bu bölgələrdə sektor nümayəndələrinin ticarət missiyalarını təşkil etməyi, nüfuzlu məzmun sərgilərinə milli və fərdi iştirak yolu ilə qatılan şirkətlərimizi dəstəkləməyi, animasiya sektoruna yönəlik ixrac hazırlıqlarını sürətləndirməyi, pirat yayımlarla mübarizə proseslərində sektora dəstək verməyi, yerli və regional rəqəmsal yayım platformalarında istehsallarımızın daha çox yer almasını təşviq edəcək işlər görməyi və sektorun öncədən maliyyələşdirilmə imkanlarını inkişaf etdirməyi planlaşdırırıq".

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Hamısı