Məşhur pop ulduz Cennifer Lopez dünya turu çərçivəsində İrəvanda konsert proqramı ilə çıxış edəcək.
“EDnews” xəbər verir ki , Lopez bu barədə özünün İnstaqram səhifəsində məlumat yayıb.
Lopezin konserti 3 avqust tarixində Vazgen Sərkisyan adına Respublika Stadionunda baş tutacaq.
Tur çərçivəsində müğənni Türkiyə, İspaniya, Misir, Macarıstan, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanda da konsertlər verəcək.
Fatimə Mərdanlı // EDnews