İçərişəhərdə xəttatlıq sənətinə həsr olunmuş sərgi açılıb

Mədəniyyət 11:09 16.04.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “Hərflərin sirri” adlı xəttatlıq sərgisi ziyarətçilərə təqdim olunub. Sərgi qədim və zəngin estetikaya malik bir ənənənin sirlərini kəşf etmək imkanı yaradır.

“EDnews” xəbər verir ki ,  sərgidə tanınmış xəttat Gülümxan Bəydəmirin 60-dan çox əsəri yer alır.

Sərginin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova, Bakı Rəsm Qalereyasının Eldəniz Babayev, Milli Məclisin deputatı Fazil Mustafa, Xalq rəssamı Arif Hüseynov və Xalq artisti Alim Qasımov çıxış edərək bildiriliblər ki, bu əsərlər vasitəsilə tamaşaçılar xəttatlığın yalnız yazı texnikası deyil, həm də fəlsəfi və ruhani bir ifadə vasitəsi olduğunu daha dərindən hiss edə bilirlər. Əsrlər boyu Şərqdə həm elmə, həm də mənəviyyata xidmət edən bu sənət forması sözün estetik təqdimatı ilə seçilir. Mətnin forması, simvolikası və ruhu bu sənətin əsas dayaqlarındandır. G.Bəydəmirin yaradıcılığı Azərbaycanın xəttatlıq irsini müasir dilə gətirir və bu sənətin beynəlxalq arenada tanıdılmasına öz töhfəsini verir. Onun əsərləri müxtəlif ölkələrdə nümayiş olunub və sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, əslən Şamaxıdan olan G.Bəydəmir 1970-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə qəbul olub. 1971-1973-cü illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk şəhərində sulu boya ilə ilk fərdi sərgisini açıb. 1972-ci ildə Xabarovsk vilayət rəssamlarının rəsm sərgi-müsabiqəsində iştirak edərək akvaril mənzərəsinə görə ikinci yerə layiq görülüb. O, rəssamlıq məktəbini bitirdikdən sonra daş üzərində oyma, xəttatlıq sənətlərinə maraq göstərib.

1995-ci ildə Türkiyəyə gedən rəssam ustad xəttatlardan dərs alıb, dünyaşöhrətli xəttat Davut Bektaşdan bu sənətin incəliklərini öyrənib. 2006-cı ildə İstanbulda keçirilən müsabiqədə “Ahmed-Muhammed” adlı əsəri ilə birinci yeri tutub. Hazırda G.Bəydəmirin əl işləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya Respublikası və Fransada şəxsi kolleksiyalarda saxlanılır.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Gülümxan Bəydəmir sərgidə nümayiş olunan əsərlər barədə iştirakçılara məlumat verib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

İçərişəhərin tarixi atmosferində təqdim olunan “Hərflərin sirri” sərgisi yalnız incə sənət nümunələri ilə deyil, həm də dərin mənəvi dəyərləri ilə diqqət çəkir. Aprelin 22-dək davam edəcək sərgi ziyarətçilərə həm sənət, həm də zamanla səyahət təcrübəsi yaşayacaq.

     Fatimə Mərdanlı // EDnews 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı