Mirzə Ələkbər Sabirin doğum günüdür

Mədəniyyət 00:01 30.05.2025

Mayın 30-u Azərbaycan şairi, satirik, mütəfəkkir, ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günüdür.

Oxu.Az xatırladır ki, Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ildə Şamaxıda anadan olub. Atası kiçik sahibkar olub və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoyub.

Sabir 12 yaşına qədər mədrəsədə oxuyub, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində - maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni məktəbində oxuyub. Müəllimi Seyid Əzim Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı, orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçası olub. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayıb:

"Gördüm neçə dəstə tazə güllər,

Bağlanmış idi giyah ilən tər".

Daha sonra atası Ələkbəri təhsildən ayırıb, öz dükanında köməkçi işlədib. Bununla belə, Ələkbər yenə də oxuyub-yazmağına davam edib. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox, oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıb.

Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedib. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və Xorasan şəhərlərini gəzib. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olub.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənib. On beş il ərzində onun səkkiz qızı, bir oğlu dünyaya gəlib. Amma ailəsi zəlzələ nəticəsində vəfat edib. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olub.

1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılıb.

Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda cümə məscidinin baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində olub. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlib.

XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmayıb. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət o zaman Sabirə mənəvi cəhətdən böyük kömək edib. Onlar Şamaxının ozamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub, təhlil və müzakirə ediblər.

XX əsrin əvvəlindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünüb. 1903-cü ildə "Şərqi-rus" qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirib. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri olub. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yaranıb.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlib. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyib və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşıb. Həmin ərəfədə Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alıb. Həmin məktublarda deyilib ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görüb və bu işdə ona kömək edəcəklərini bildiriblər.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alıb. Lakin Qoridən aldığı məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyib.

Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olub. Bu məktəbdə 60-a qədər şagird oxuyub. Yeni üsulda olan başqa məktəblərdəki kimi, burada da şagirdlər skamyada oturub, əyani vəsaitlərdən istifadə edib, ekskursiyaya çıxıblar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilib, Quran və şəriət dərsləri tədris edilib.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlib. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışıb. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayıb. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olub. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyib. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxıb. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirib. Şair, eyni zamanda, "Molla Nəsrəddin"ə də yazmaqda davam edib.

1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdıb. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatıb. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstəriblər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edib, yeni-yeni taziyanələr üzərində işləyib, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edib.

İyun ayında həkimlər şairə cərrahiyyə əməliyyatı aparmağı təklif ediblər. Lakin o buna razı olmayıb. O, Şamaxıya qayıdıb.

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edib. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndəriblər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyyə əməliyyatına razı olub, iyulun 8-də Bakıya gəlib. Lakin artıq həkimlər əməliyyatın da heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görüblər. Jurnalist H.İ.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazıb: "Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

1911-ci il iyulun 12-də Sabir vəfat edib. Şairin məzarı Şamaxıda, "Yeddi Guşə"dədir.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı