İqlim böhranı gender bərabərsizliyini dərinləşdirə bilərmi? (III Hissə: Filippin adalarında artan insan alveri)

Ekologiya 09:01 06.03.2025

İqlim Böhranı və Qadınların Görünməz Faciəsi: İnsan Alveri və Cinsi İstismarın Artan Təhlükəsi
İqlim dəyişikliyi uzun müddət əsasən ekoloji və iqtisadi kontekstdə müzakirə olunurdu. Əriyən buzlaqlar, yüksələn dəniz səviyyələri, şiddətlənən fırtınalar və genişlənən səhralar. Lakin bu böhranın daha dərin, daha az görünən, lakin bir o qədər də dağıdıcı bir təsiri var: gender bərabərsizliyinin daha da dərinləşməsi və qadınların artan istismarı.

İqlim böhranı sadəcə atmosferdəki temperaturun yüksəlməsi deyil – bu, həm də insanların həyat şəraitlərinin kəskin şəkildə pisləşməsi, sosial strukturların çöküşü, yoxsulluğun artması və münaqişələrin güclənməsidir. Bütün bunlar cəmiyyətin ən həssas təbəqələrinə, xüsusilə qadınlar və qız uşaqlarına daha ağır təsir edir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) 2022-ci il hesabatına görə, iqlim dəyişikliyi qadınları və qızları cinsi istismar və insan alveri riskinə daha çox məruz qoyur.

Təbii Fəlakətlər və Gender Bərabərsizliyinin Dərinləşməsi

İqlim böhranı kənd təsərrüfatının çökməsinə, su ehtiyatlarının azalmasına və torpaq məhsuldarlığının zəifləməsinə səbəb olur. Bunun nəticəsində yüz milyonlarla insan yaşadığı yerləri tərk edərək yeni məskənlər axtarmağa məcbur qalır. Didərgin düşən bu insanlar çox vaxt böyük şəhərlərə və ya beynəlxalq sərhədlərə doğru axışır, çünki doğma torpaqlarında yaşamaq artıq mümkün olmur. Qadınlar və qızlar üçün bu köç prosesi xüsusilə təhlükəlidir.

Onlar tanımadıqları şəhərlərdə, müvəqqəti düşərgələrdə və sıxlıq sığınacaqlarda qalmalı olurlar. Bütün dünyada təbii fəlakətlərdən sonra qurulan sığınacaqlarda qadınlara qarşı cinsi zorakılığın və insan alverinin kəskin şəkildə artdığı müşahidə olunur. Çünki bu düşərgələrdə nə hüquqi nəzarət var, nə də təhlükəsizlik. Abuzerlər və insan alverçiləri məhz belə yerlərdə ovlarını tapır.

Filippin: Haiyan Tayfununun İnsan Alverini Artırdığı Bir Ölkə

2013-cü ildə Filippini vuran Haiyan Tayfunu, iqlim böhranının gender bərabərsizliyinə necə təsir etdiyinin ən bariz nümunələrindən birinə çevrildi. 6,000-dən çox insanın həyatını itirdiyi, 4.4 milyon insanın isə evsiz qaldığı bu fəlakət, eyni zamanda insan alverinin partlayışa uğraması ilə nəticələndi. BMT-nin hesabatlarına görə, tayfundan sonra Filippində qadın və qız uşaqlarının məcburi fahişəliyə cəlb edilməsi kəskin şəkildə artdı.

Bu, təkcə Filippində deyil, dünyanın müxtəlif yerlərində təkrarlanan bir tendensiyadır. Təbii fəlakətlərdən sonra cinsi istismarın və insan alverinin artması artıq qlobal bir reallığa çevrilib. Bu isə bizə göstərir ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də humanitar bir böhrandır – və bu böhrandan ən çox əziyyət çəkənlər qadınlardır.

Daha Çox Qasırğa, Daha Çox Təhlükə: Gələcəkdə Bizi Nə Gözləyir?

İqlim alimlərinin proqnozlarına görə, gələcək onilliklər ərzində dünyanın əksər bölgələrində ən güclü tayfunların və qasırğaların sayı iki dəfədən çox artacaq. 2050-ci ilə qədər bu fəlakətlərin miqyasının daha da genişlənəcəyi, nəticədə milyonlarla insanın didərgin düşəcəyi gözlənilir. Bu isə o deməkdir ki, insan alveri və qadınların cinsi istismarının miqyası da eyni sürətlə genişlənəcək.

Bu vəziyyət artıq sadəcə nəzəri proqnoz deyil – dünyanın müxtəlif ölkələrində iqlim dəyişikliyinin yaratdığı sosial və gender fəsadları artıq hiss olunmağa başlayıb. Əgər biz iqlim dəyişikliyinə qarşı qlobal səviyyədə tədbirlər görməsək, bu tendensiyanın qarşısını almaq qeyri-mümkün olacaq.

Cinsi İstismarla Mübarizə: Qadınlar Üçün Sığınacaqlar
Bəzi ölkələrdə və qeyri-hökumət təşkilatlarında bu vəziyyətə qarşı tədbirlər görülür. Filippində fəaliyyət göstərən "Xalqın Bərpası, Gücləndirilməsi və İnkişafına Yardım" (PREDA) Fondu, qadın və qızları cinsi istismardan xilas etmək üçün mübarizə aparır. Bu təşkilat qadınları fahişəxanalardan və insan alverçilərinin əlindən azad etməklə yanaşı, onlar üçün təhlükəsiz sığınacaqlar yaradır.

Lakin belə təşkilatların sayı kifayət qədər deyil və onların gördüyü işlər qlobal miqyasda artan təhlükəni aradan qaldırmaq üçün yetərli deyil. Biz iqlim dəyişikliyi ilə mübarizə apararkən, eyni zamanda onun yaratdığı sosial fəsadlara qarşı da addımlar atmalıyıq.

İqlim Ədaləti Gender Ədalətidir
İqlim böhranı qarşısında qadınların daha həssas mövqedə olması qlobal bir həqiqətdir. BMT-nin son illərdə apardığı araşdırmalar göstərir ki, iqlim dəyişikliyi qadınları iqtisadi, sosial və fiziki baxımdan daha ağır şərtlərə salır. Qadınların ərzaq, su və torpaq ehtiyatlarına çıxışı azaldıqca, onların istismar riski artır. İqlim ədaləti olmadan gender ədaləti də mümkün deyil.

Əgər dünya həqiqətən gender bərabərliyini təmin etmək istəyirsə, onda iqlim dəyişikliyinin bu bərabərsizliyi necə dərinləşdirdiyini anlamalı və ona qarşı mübarizə aparmalıdır. Bu mübarizə yalnız karbon emissiyalarını azaltmaqla məhdudlaşmamalıdır. Bu, eyni zamanda, sosial bərabərsizliyin qarşısını almaq, qadınları iqtisadi baxımdan gücləndirmək və onları cinsi istismardan qorumaq üçün yeni mexanizmlərin yaradılması anlamına gəlir.

Iqlim böhranı təkcə gələcək nəsillər üçün bir təhlükə deyil. O, bu günün qadınlarının həyatı, azadlığı və təhlükəsizliyi üçün ən böyük təhlükələrdən biridir. Qadınların təhlükəsizliyini təmin etmədən, ekoloji böhranı həll etmək mümkün deyil. Çünki ekoloji böhran sosial böhranla, sosial böhran isə gender bərabərsizliyi ilə birbaşa bağlıdır.

İqlim mübarizəsi təkcə ağacları və buzlaqları qorumaq deyil – bu, həm də qadınların və qız uşaqlarının həyatını, azadlığını və gələcəyini qorumaqdır.

Müəllif: Liza Mari David

Mənbə: CNN

Azərbaycan Dilinə Tərcümə: Mədinə Məmmədova

 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Hamısı