2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi edəcək Azərbaycanın COP29 Rəyasət Heyəti beynəlxalq arenada fəaliyyətini davam etdirir.
EDnews xəbər verir ki, COP29 Rəyasət Heyəti Qazaxıstanın paytaxtı Astanada keçirilən Astana Beynəlxalq Forumu çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və qlobal əməkdaşlıq məsələlərini müzakirə edib.
Rəsmi açıqlamada qeyd olunur:
“COP29 Rəyasət Heyəti Astana Beynəlxalq Forumunda iştirak edir və dünya liderləri ilə iqlim fəaliyyətinə dair təcil gücləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün işləməyi səbirsizliklə gözləyir.”
Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirilib, iqlim maliyyəsi, karbon emissiyalarının azaldılması, yaşıl enerji keçidi və ədalətli iqlim prosesi mövzuları ön plana çıxıb.
Azərbaycanın COP29 sədrliyi bu cür beynəlxalq platformalarda fəal iştirak etməklə qlobal iqlim diplomatiyasının mərkəzində yer almağa çalışır və inklusiv, ədalətli və nəticəyönümlü bir konfrans keçirməyə hazırlaşır.
Bu cür beynəlxalq forumlar, COP29-un təhlükəsiz, elmi əsaslı və qlobal həmrəyliyə söykənən qərarların qəbul olunmasına zəmin yaratmaq məqsədini gücləndirir.
Fatima Şükürova // EDnews