Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb

İqtisadiyyat A- A A+

Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarının həddi müəyyənləşib.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.

Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...