“Azərbaycanda strateji valyuta ehtiyatı 17 % artaraq 66,5 milyard dollara çatıb. Azərbaycan
Mərkəzi Bankının valyuta ehtiyatlarında isə 29,1 % artım müşahidə olunub”.
Ednews xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O, qeyd edib ki, tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2023-cü il üzrə 9-10 milyard manat, 2024-2025-ci illərdə 7,5 milyard manat proqnozlaşdırılıb.