Dövlət Gömrük Komitəsinin son hesabatına əsasən, 2023-cü il ərzində Azərbaycanın pomidor ixracı 2022-ci illə müqayisədə məbləğ baxımından 3,4% və ya 5 milyon 625 min dollar, həcm baxımından isə 0,6% azalıb.
Bəs, azalma nə ilə bağlıdır?
Mövzu ilə bağlı Ednews-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, digər ölkələrdən fərqli olaraq İstixana sənayesinə dövlət dəstəyi olmadığından dolayı bu sahədə azalma mövcuddur:
"Bizdə əksərən özəl sektorun əlindədir istixana sənayesi. Onlar da dünya arenasına çıxa bilmirlər bir o qədər də. Əvvəllər ixracatçı olduğumuz ölkələrdən idxalçıya çevrilmişik. Böyük bazarlar əlimizdən çıxıb demək olarki. Hazırda liderliyi Türkiyə qoruyur. 2022-ci il ilə müqayisədə ixracatı 42,8% artmasıyla 2023-cü ildə dünyanın 54 ölkəsinə pamidor ixrac edir və bu sahədən gəlirliliyi 538 milyon 724 min dollar olub. Hətta Azərbaycan da Türkiyədən idxal edir. Sahənin inkişafı üçün istixana sənayesinə dəstək olmalı, məhsulun istehsalına çəkilən xərclər azalmalıdır".
Oğuz