Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində türkiyəli investorlarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Ednews-un yerli bürosuna verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasında aqrar sahədəki islahatlar barədə məlumat verilib, birgə fəaliyyətin potensial imkanları haqqında fikir mübadiləsi aparılıb.
Görüşün əsas müzakirə mövzusu Naxçıvanda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi olub.
Qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu sahənin inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulub. Proqramın icrasını təmin etmək məqsədilə ötən il muxtar respublikada 40 minə yaxın tut tingi əkilib.