Dünyanın ən böyük neft ixracatçılarının üzv olduğu OPEC-in baş katibi Haytam al Qasis neft gəlirlərinin artırılması üçün daha çox investisiya qoyulmasına çağırış edib. Qeyd edək ki, OPEC təşkilatı üzvləri neft qiymətlərinin yüksəlməsi üçün ixracı kəkin şəkildə azaltmaq qərarı almışdı.
Ednews Çin mediasına istinadən xəbər verir ki, təşkilatının rəhbərliyi qurumun yenidən canlanması üçün əlavə yatırımlara ehtiyac olduğunu bildirib.
Hazırki və bundan sonrakı dövrlərdə enerji axınını təmin edə bilmək üçün Səudiyyə Ərəbistan başda olmaqla bir çox təşkilat üzvlərinin neft sektoruna ayrılan investisiyanın həcmini artırmalı olduğunu bildirib.
OPEC-in baş kaitibi həm də vurğulayıb ki, neftə qoyulan investisiya enerji təlabatının əsas xüsusiyyətinə çevriləcək.
Təxmini 11 trilyon dollar dəyərində investisiyaya ehtiyac olduğunu bildirən OPEC sədri bildirib ki, yetəri qədər investisiya ayrılmasa yaxın gələcəkdə eneji qiymətlərində artım gözlənilə bilər.
Fərid