Azərbaycanda otellərdə qiymətlər niyə artır? - Problemlər, təkliflər... - Ekspertlərin RƏYİNDƏ

İqtisadiyyat 09:30 23.05.2024

Azərbaycanda yay turizm mövsümü başlayır. Bəs əhali yeni mösümə hazırdırmı? Otellərdə vəziyyət nə yerdədir? 

Məsələ ilə bağlı həm ekspertlərin, həm də otel menecerlərinin fikirlərini öyrəndik. 

İqtisadçı-ekspert Xalid Kərimli Ednews-a açıqlamasında bildirib ki, Azərbaycanın iqlimi otellərin 4 mövsüm yüksək keyfiyyətdə xidmət təklif etməsinə mane olur. Ölkəmizdə otellər əsasən yay turizminə üstünlük verir. Xarici turistlərin səyahət marşrutu isə daha çox yaz və payız aylarında Azərbaycandan keçir. Bakıdan başqa heç bir bölgədə bu aylarda yüksək xidmət təklif edən yerləşmə yeri yoxdur. 

Ekspert yerli turistlərin səyahət marşrutunun əsasən 4 istiqamətdə olduğunu qeyd edib:

"Bu isə ölkə turizminin pandemiyadan sonrakı dövrdə belə pandemiyadan əvvəlki inkişaf dövrünə qayıtmasına mane olur. Son aylarda Qarabağda və Bakıda yeni istifadəyə verilən bir neçə otel xaricində bu sahədə hansısa yenilik olmayıb. Buna görə də bölgələrə əvvəlcədən rezarvasiya etdirmədən təsadüfən gedən turistlər turizm obyekti tapa bilmədikləri halda motellərin axtarışına çıxmalı olur".

Turizm üzrə ekspert Rəhim Qədirov deyir ki, Azərbaycan turizmi pandemiyadan sonra bu il özünə gəlməyə başlayıb:

"Həm Azərbaycan, həm də turizm sektorunda öndə olan ölkələr 2019-cu ilin statistikasını bərpa etməyi ümid edir. Bu istiqamətdə problemlər var. Belə problemlərlə paytaxtda yox, daha çox regionlarda qarşılaşmaq mümkündür. Hətta Azərbaycanda elə rayonlar var ki, orda ümumiyyətlə, otel yoxdur. Belə olan halda həmin bölgənin turizmi barəsində danışmaq da mümkün olmur". 

Ekspert bildirir ki, bəzi bölgələrdə 5 ulduzlu otellər olsa da, 3-4 ulduzlu otellər, təəssüf ki, yoxdur. Bu da otel xidmətlərinin qiymətlərində bahalaşmaya gətirib çıxarır. Buna görə də otellər arasında rəqabət olmur və xidmət keyfiyyəti üçün motivasiya yaranmır.

R.Qədirov təklif edir ki, Azərbaycanın turizm bölgələrinə səyahət üçün sürət qatarlarından istifadə olunsa daha yaxşı olar. Belə olan halda ölkənin səyahət marşrutu genişlənər.

İqtisadçı-ekspert Natiq Cəfərli isə açıqlamasında qeyd etdi ki, Azərbaycanın quru sərhədləri bağlı olduğuna görə, həmçinin xaricə səyahət etmək üçün təyyarə biletlərinin qiymətlərinin baha olmasını nəzərə alan əhali daha çox yerli turizm obyektlərinə üz tutmalı olur:

"Belə olan halda otelçiliklə bağlı tələb artır. Lakin bunun qarşılığında təklif artmır. Əvəzində isə qiymətlərdə bahalaşma müşahidə olunur. Ümumilikdə isə, Azərbaycan turizminin əsas problemi yerləşmə yerlərinin sayının az olması ilə bağlıdır".

Ekspert vurğulayıb ki, inkişaf etmiş ölkələrdə hökumət otelçilik və ailə turizminə xüsusi diqqət ayırır. Bunun üçün bu işlə məşğul olan sahibkarlara faizsiz və ya cüzi faizlə kreditlər ayırır:

"Otelçilik və motellərlə bağlı olan sahibkarlara vergi güzəştləri edilir, maddi yardımlar göstərilir. Məsələn, Gürcüstanın turistik şəhəri Tiflisdir və burada 750-yə yaxın otel və hom otel yerləşir. Bakıda isə bu rəqəm xeyli azdır. Azərbaycanda bu bizneslə məşğul olmaq istəyən şəxslər bankdan 15-20% biznes krediti götürməyə məcburdur".

Natiq Cəfərli qeyd edib ki, Azərbaycan turizm sektorunun inkişafı üçün bəzi ölkələrin modellərindən istifadə etməlidir:

"Çünki ənənəvi turist profili artıq xeyli dəyişib. Xarici turistlər indi otellərdə uzunmüddətli yerləşmək əvəzinə qısamüddətli səyahətlərə üstünlük verirlər. Buna görə də beşulduzlu otellər əvəzinə motel və hostelləri seçirlər. Bu istiqamətdə hökumətin, eləcə də turizmlə məşğul olan rəsmi qurumların əlində kifayət qədər vasitələr var. Lakin hökumət bazar iqtisadiyyatı fonunda otelçiliklə bağlı birbaşa müdaxilə edə bilməz. Çünki o zaman azad sahibkarlıq fəaliyyətini məhdudlaşdırmış olar. Əgər turzim obyektlərinin sayı artırılsa, xüsusən də regionlarda otel, motel və ailə turizminə dəstək göstərilsə, bu sahibkarlara vergi güzəştləri edilsə, aşağı faizlə kreditlər ayrılsa, o zaman otellərin qiytmətlər də aşağı düşəcək, xidmət keyfiyyəti də yüksələcək".

Sonda otellərdə iyun ayı ilə bağlı vəziyyəti öyrənmək üçün bəzi otellərlə əlaqə saxladıq. Səlahiyyətli şəxslərin bildirdiyinə görə, gələn ay üçün otellərdəki rezervasiyalarda güclü artım yoxdur. Belə otellərdə yay turizm mövsümü əsasən iyulun ortalarından etibarən daha yaxşı vəziyyətdə olur. Məktəb və universitetlərdə yay tətili başlayır. əhali yayın istisindən uzaqlaşmaq üçün bölgələrə üz tutur. 

Ekspertlərin, eləcə də, otel işçilərinin dediklərindən belə nəticəyə gəlmək olar ki, Azərbaycan turizminin inkişafına mane olan kifayət qədər problemlər var. Qiymətlər isə mövcud problemlər uzun müddətdir ki, həll olunmadığına görə artmaqda davam edir.

Səfər Əlizadə

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı