Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxsə ("Agents Tim Sığorta Agentli" MMC) və 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
Ednews AMB-yə istinadla xəbər verir ki, qərar mayın 8-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib.
Lisenziyalar, onların qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.