"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bərpa olunan enerji layihələrinə investisiya yatırmaq niyyətindədir".
Ednews xəbər verir ki, bu sözləri "Bakı Enerji Forumu"nun birinci günündə panel müzakirəsi zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.
"SOCAR neft-qaz şirkəti olaraq yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir. Azərbaycanın enerji şirkətinin məxsusi rolu qonşu ölkələrə və təbii ki, evlərə enerji təhlükəsizliyini təmin etməkdir. SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını hədəf götürüb: "İnanırıq ki, biz bu hədəflərə nail olacağıq".
Əkbər Novruz