“Azərbaycanıb enerji təchizatı bizim üçün mühüm xarakter daşıyır”
Ednews-un verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "MVM Group"un CEO-su Karoly Tamas Matrai deyib.
O bildirib ki, Macarıstan üçün təbii qaz çox vacibdir.
"Azərbaycanla Macarıstan arasında dərin dostluq var və biz enerji sahəsində çox yaxın əməkdaşlıq edirik. Qapalı ölkə
olduğumuz üçün kənar ölkələrdən aslılığımız olduqca çoxdur. 2022-ci ildən etibarən Rusiya ikə əməkdaşlıq kəsilib. Lakin indi biz Azərbaycanla yaxından əməkdaşlıü edirik. Bununla da fəxr edirik. Dünən biz SOCAR-la çox önəmli müqavilə imzaladıq. Macarıstanın dövlət şirkəti MVM artıq Şahdənizdə 5% paya malikdir"- Karoly Tamas Matrai əlavə edib.
Əkbər Novruz