"SOCAR Türkiyə"nin "Star" neft emalı zavodu 2018-ci ilin 19 oktyabrda fəaliyyətə başladı. Zavod "Strateji İnvestisiya Təşviqi" Sertifikatı ilə təltif olunub. Bu, Türkiyədə bir ilkdir".
"EDnyus" xəbər verir ki, bu sözləri "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən illik mətbuat konfransında çıxışı zamanı deyib.
Elçin İbadov 2023 və 2024-cü illərdəki fəaliyyətlə bağlı statistikanı paylaşıb:
"Ötən ildən başlayaraq xam neftin emalı 13 milyon tona çatdırılıb. Digər tərəfdən 2024-cü ildə Türkiyənin emal olunmuş neft məhsulları tələbatının 18%-i "SOCAR Türkiyə" şirkətləri tərəfindən qarşılanıb. Bununla yanaşı, bildirmək istəyirəm ki, 2021-ci ildə "Star" neft emalı zavodu "Global Lighthouse Network" platformasına qoşulub.
2023-cü ildə İstanbul Sənaye Palatasının hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi" Hesabatında "Star" neft emalı zavodu ilk üçlüyə daxil edib".