Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır.
“EDnyus” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
O bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz: “Biz neftin qiymətini bir barel üçün 45 dollara endirməliyik”.
Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir: “Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barel üçün 45 dollara endirsək necə olacaq?”.
Xatırladaq ki, yanvarın 23-dəki çıxışında ABŞ Prezidenti Donald Tramp da ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirmişdi.