Azərbaycandan xarici bazarlara tərəvəz ixracı davam edir.
“EDnews” xəbər verir ki , bu ilin yanvar-mart aylarında ölkəmizdən ənənəvi xarici bazarlara tərəvəz ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artım qeydə alınıb.
Cari ilin yanvar-mart aylarında ümumilikdə 48,030.7 min dollar dəyərində 42,117.7 ton tərəvəz ixrac olunub.
Xarici bazarlara kənd təsərrüfatı məhsullarının, o cümlədən tərəvəz məhsullarının ixracı davam edir.
Fatimə Mərdanlı // EDnews