Qohum evlilikləri ilə bağlı qadağa: "Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar"

Ekspert rəyi 15:08 03.06.2025

Razılaşma yolu və bir o qədər də plansız şəkildə baş tutan qohum evlilikləri cəmiyyətimizin ən çox müzakirə etdiyi məsələlərdən biridir. İllərdir müzakirə mövzusu olan bu problem üçün müxtəlif çağırışlar olunsa da, lakin hələ də cəmiyyətdə kifayət qədər ciddi yanaşılmır. İnsanlar müxtəlif üsullara, dini və vətəndaş nikahlarına üz tutaraq prosesi davam etdirirlər. Bəzən isə bu seçimlər heç bir tibbi yoxlama, genetik məsləhət olmadan reallaşır. Nəticədə isə bəzi ailələr genetik xəstəliklər və sosial problemlərlə üz-üzə qalırlar. Mövcud problemin qarşısını almaq üçün 2025-ci iyulun 1-dən etibarən yaxın qohumlar arasında nikahı qadağan edən qanun qüvvəyə minəcək.

Burada bir sual  yaranır:
Sözügedən qanun problemin həllində hansı rola malikdir?

Mövzu ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Razi Nurullayev EDnews-a açıqlamasında qeyd edib ki, yeni qanun layihəsi azyaşlılarla nikah və qohum evlilikləri sahəsində ciddi nəzarət və məsuliyyət tədbirləri nəzərdə tutur:

"Hazırda qanun hələ qüvvəyə minməsə də, bu sahədə sərt addımlar atılır. Ümid edirəm ki, qanun qəbul edilərək qüvvəyə mindikdən sonra qohumlar arasında nikaha cəhd edənlərin sayı minimuma enəcək. Əks halda, onlar qanunun tələbləri ilə üz-üzə qalacaqlar və bu da onların inzibati və cinayət məsuliyyəti daşımasına səbəb ola bilər. Bu isə bir növ cəmiyyətdə profilaktik təsir yaradaraq, gələcəkdə bu halın minimuma enməsi üçün zəmin rolu oynaya bilər. Maarifləndirmə işləri ilə yanaşı, hüquqi mexanizmlərin gücləndirilməsi də mühüm amildir. Bu baxımdan, qanunun qəbul olunması bu sahədə irəliləyişlərin əldə olunmasında əhəmiyyətli rol oynaya bilər".

Mövzunun tibbi baxımdan yaratdığı problemlərə gəlincə isə həkim genetik Bayram Bayramov əlavə edib ki, genetik xəstəliklərin tək gen xəstəlikləri, xromosomal xəstəliklər, multifaktorial xəstəliklər və dominant yolla ötürülənlər kimi müxtəlif növləri mövcuddur:

"Qohum evlilikləri zamanı bu tip xəstəliklərin üzə çıxma riski dəfələrlə artır. Xüsusilə də resessiv (gizli yolla) ötürülən xəstəliklər bu zaman daha çox baş qaldırır. Bu xəstəliklər, hər bir şəxs üçün spesifik olur. Cəmiyyətimizdə isə resessiv xəstəliklər arasında qan xəstəlikləri (alfa-talasemiya, beta-talasemiya, hemofiliyalar), SMA (spinal əzələ atrofiyası), kistik fibroz, metabolik xəstəliklər, epilepsiya və fenilketonuriya kimi hallar geniş yayılıb. Bu dəyişikliklər şəxsdən-şəxsə fərqlidir. Amma xəstəliklərin üzə çıxması üçün həm ata, həm ana daşıyıcı olmalıdır. Qohum evliliyi zamanı bu risk daha da artır. Əgər hər iki valideyn daşıyıcıdırsa, uşaqda xəstəliyin yaranma ehtimalı 25 faiz təşkil edir. Bu da onu göstərir ki, belə hallarda xəstə uşaqların doğulması riski olduqca yüksəkdir. 50 faiz hallarda isə sağlam daşıyıcı uşaqlar dünyaya gəlir. Bu tip uşaqlarda hər hansı bir klinik əlamət müşahidə olunmur, lakin gələcəkdə öz övladlarına xəstəliyi ötürə biləcək genetik daşıyıcılıq mövcuddur. Bu da o deməkdir ki, qohum evlilikləri zamanı hər doğulan uşaq mütləq xəstə olacaq deyə bir qayda yoxdur. Amma genetik risk nəzərəçarpacaq dərəcədə yüksəkdir. Bu səbəbdən də bu cür evliliklərdə genetik məsləhət və tibbi-genetik müayinələrin aparılması çox vacibdir. Belə olduğu təqdirdə, genetik daşıyıcılıq halları müəyyənləşdirilə və risklər vaxtında qiymətləndirilə bilər.

Aytac Kərimova//EDnews

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Hamısı