Avropada yaşayan bir qrup azərbaycanlı Amsterdam şəhərində 31 Mart Soyqırımı münasibətilə aksiya təşkil ediblər.
“EDnews” xəbər verir ki, son illər Niderland hökümətinin Azərbaycan əleyhinə qəbul etdiyi qərarlara etiraz edən aksiya iştirakçıları dövlət rəsmilərini bu cür qərəzli mövqedən çəkinməyə, erməni terrorçularının törətdiyi qırğınlara biganə qalmamağa çağırıblar.
"İtkin düşən Azərbaycanlıları tapmağa kömək edin", "Erməni aqressiyasını dayandırın" kimi pankartlarla müşayət olunan aksiyada insident baş verməyib.