"Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlığın parlaq təzahürüdür"

Xarici siyasət 11:56 11.04.2025

Azərbaycan Prezidenti İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Türkiyə ilə Azərbaycan arasında sarsılmaz qardaşlığın və strateji tərəfdaşlığın parlaq təzahürü oldu.

“EDnews” xəbər verir ki, bunu Trend-ə türkiyəli politoloq Selin Şenocak 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.

“Bu dəyərli iştirak təkcə ikitərəfli münasibətlərin dərinliyini vurğulamır, eyni zamanda beynəlxalq arenada ölkələrimizin eyni diplomatik baxış açısını bölüşdüyünü nümayiş etdirir. Azərbaycanın belə yüksək səviyyəli tədbirdə iştirakı, bütövlükdə regionun gələcəyinə təsir etməyə qadirdir və bu “iki dövlət bir millət” prinsipinin real siyasətdəki gücünü birdaha təsdiq edir”, - deyə o vurğulayıb.

Şenocaq bildirib ki, Türkiyə və Azərbaycan arasında olan strateji müttəqiflik təkcə tarixi-mədəni yaxınlığa yox, həm də təhlükəsizlik və regional inkişaf məsələləri ilə bağlı ümumi anlayışa əsaslanır.

“Bu tərəfdaşlıq ən aydın şəkildə müdafiə sənayesi sahəsində özünü büruzə verir – bu, əməkdaşlığın ən konkret və dinamik inkişaf edən sahəsidir. Son illər ərzində birgə təlimlər, texnologiyaların mübadiləsi, müdafiə sistemlərinin istehsalı və yüksək texnologiyalı platformaların hazırlanması hər iki ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirib və onların regional çəkindirmə gücünü artırıb. “Bayraktar” pilotsuz uçuş aparatları və zirehli sistemlər kimi layihələr bu əməkdaşlığın effektivliyinin bariz nümunələrinə çevrilib.

Gələcəkdə bu tərəfdaşlığın daha yüksək mərhələyə qalxacağı — birgə elmi-tədqiqat mərkəzlərinin yaradılacağı, süni intellekt və kibertəhlükəsizlik əsasında müdafiə texnologiyalarının hazırlanması istiqamətində addımların atılacağı gözlənilir. Müdafiə sənayesi sahəsində inteqrasiya yalnız ikitərəfli münasibətlərin dərinləşməsinə deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində kollektiv təhlükəsizlik anlayışının möhkəmlənməsinə töhfə verəcək. Bu kontekstdə Türkiyə-Azərbaycan tərəfdaşlığı qardaş ölkələr arasında müdafiə sahəsində həmrəyliyin lokomotivi kimi çıxış etməyə davam edəcək,”-deyə türk politoloq bildirib.

Şenocaq onu da qeyd edib ki, Türkiyə və Azərbaycanın Cənubi Qafqazla bağlı ümümi görüşləri təkcə sülh və sabitliyin təmin olunmasına deyil, həm də regionun iqtisadi inkişafının təşviqina yönəlmiş strateji ittifaqa çevrilib.

“Bu iki qardaş ölkə enerji marşrutları və nəqliyyat dəhlizlərindən tutmuş müdafiə və diplomatiya sahəsində əməkdaşlığa qədər çoxşaxəli inteqrasiya prosesi həyata keçirirlər. Bu yanaşma, xüsusilə də Zəngəzur dəhlizi kimi layihələr vasitəsilə bütün Cənubi Qafqaz üçün yeni geo-iqtisadi memarlıq formalaşdırır və regionu Avrasiyanın mühüm mərkəzinə çevirir.

Türkiyə ilə Azərbaycan arasındakı tərəfdaşlıq təkcə Cənubi Qafqazın sabitliyi və rifahına deyil, bütün türk dünyasına töhfə verir. Bu ittifaq Türk Dövlətləri Təşkilatının institusional dərinliyini gücləndirir və türk coğrafiyası üçün güclü siyasi və iqtisadi cazibə mərkəzi formalaşdırır. Sülhün qarantı, inkişafın lokomotivi və həmrəyliyin rəmzi olan bu strateji tərəfdaşlıq regionda uzunmüddətli sabitliyin möhkəm təməli kimi çıxış edir,” - deyə o, sonda qeyd edib.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı