“Azərbaycanın zəfəri türk dünyasını oyatdı''

Xarici siyasət 12:00 14.04.2025

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binali Yıldırım “EDnews”a açıqlamasında təşkilatın fəaliyyətində Azərbaycanın rolunu dəyərləndirərkən Azərbaycanın Qarabağ zəfəri türk dünyasında böyük stimul verdiyini qeyd edib.

O, TDT-nin digər beynəlxalq təşkilatlarla müqayisədə gənc-15 yaşının olmasına baxmayaraq, fəaliyyətlərinə görə 50 ildən çox məsafə qət etdiyini bildirib: “Təşkilatda Türkiyə ilə Azərbaycanın çox önəmli xidmətləri var. Biz bu illər ərzində TDT çərçivəsində fəaliyyətlərimizdə heç bir fikir ayrılığı yaşamadıq”.

Yıldırım bunun səbəbini iki ölkə arasında həm də ünsiyyət baryerinin olmaması ilə əlaqələndirib: “Türkiyə ilə Azərbaycanı bu qədər yaxın edən həm də ortaq dilimizdir. Üstəlik hər iki ölkə latın əlifbasından istifadə edir. Digər türk dövlətləri ilə anlaşmamız üçün təşkilatımıza ortaq əlifbanın tətbiq olunması ilə əlaqədar iki ildir, aktiv fəaliyyətlər həyata keçirir. Ümid edirik, ünsiyyətimiz artdıqca əlaqələrimiz daha da genişlənəcək. Bu, həm də ortaq qarşılıqlı, mədəni əlaqələrin, rifahın artması deməkdir”.

ATƏT-in Minsk Qrupu, BMT kimi beynəlxalq təşkilatların 30 il Azərbaycanı ləngitdiyini vurğulayan TDT ağsaqqalı qeyd edib ki, amma Türkiyənin verdiyi dəstək qələbəyə gedən yolda Azərbaycan türklərinə mənəvi güc verib: “Öz növbəsində Azərbaycanın Qarabağ zəfəri ilə türk dünyası canlandı. Bu baxımdan mən “türkün türkdən başqa dostu yoxdur” deyiminə qatılıram. Dünyada türk birliyinin güclənməsi ilə biz həm də bir-birimizə sahib çıxa bilirik. Bundan sonrakı addımlarımız isə regional əməkdaşlığımızın güclənməsinə yönələcək”.

O, gələn il TDT-yə rəhbərliyin Azərbaycana keçəcəyini və may ayında da təşkiltın Budapeştdə qeyri-rəsmi zirvə görüşü olacağını da vurğulayıb: “Durmaq yox, yola davam”.

Mədinə Məmmədova\\EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı