İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq.
EDnews xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib.
"İran Prezidentinin Azərbaycana rəsmi səfəri regional və mehriban qonşuluq münasibətlərinin yeni arxitekturasının yaradılması istiqamətində atılan mühüm addımlardan biridir", - o qeyd edib.
Fatimə Şükürova // EDnews