Limonlu suyun insan orqanizmi üçün faydalı olduğu çoxlarına bəllidir.
Bu sehirli içkinin 8 faydasını sizlərə təqdim edirik.
- Dərinizi təmizləyir. Su içmək bədəni toksinlərdənazad edir. Limonlu su isə tərkibindəki C vitamini sayəsində qandakı toksinləri təmizləyir. Eyni zamanda dəridə olan qızartıları və incə xəttləri aradan qaldırır.
- Mədəni sakitləşdirir.
- Limonlu su metabolizmanızı gücləndirərək bədəndə olan şişkinliklərdən və artıq çəkidən azad olmağınıza kömək edər.
- Limon antibakteriyal özəlliyiə sahib olduğundan sine infeksiyalarını azaldaraq öskürükdən qurtula bilərsiniz.
- Tərkibində olan kalium depresiyadan azad olmağa və unutqanlığa müsbət təsir edir.
- Limonlu su PH səviyyənizi stabilləşdirdiyi üçün siz bir çox xəstəliklərdən qurtula bilərsiniz. Tərkibindəki kalium qan təzyiqinizi sabitləşdirir, eyni zamanda soyuqdəymə ilə mübarizə aparır.
- Siqaret və bəzi yeməklərdən sonra yaranan pis qoxunun aradan qalxmasına kömək edir və nəfəsinizi təravətləndirir.
- Günortadan sonra enerji itirirsinizsə limonlu suya üstünlük verməlisiniz. Limon beynin aktiv işləməsinə kömək edir.
Mütəxəssislər özünüzü yaxşı hiss etməyiniz üçün gün ərzində biləklərinizə limon yağı sürtüb yüngül massaj etməyinizi məsləhət görür.(AzEuroNews.com)