Kosmosda uzun müddət qalmaq orqanizmə necə təsir edir?

Sağlamlıq 01:19 19.03.2025

İki amerikalı astronavt Sunita Uilyams və Barri Uilmor “Boeing” şirkətinin “Starliner” kosmik gəmisindəki texniki problemlərə görə orbitdə doqquz ay qalmağa məcbur olublar. Əvvəlcə cəmi səkkiz gün davam etməli olan onların missiyası uzandı, lakin nəhayət, çərşənbə axşamı axşam onlar Yerə qayıtmalıdırlar.

“EDnews” xəbər verir ki , kosmosda uzun müddət qalmaq insana əhəmiyyətli təsir göstərir. Karolina İnstitutunun qravitasiya fiziologiyası professoru Hans Berg bədəndə baş verən dəyişiklikləri izah edib.

“İlk növbədə, bədən maye itirir, çünki çəkisizlik şəraitində ona ehtiyac azalır. Bu, Yerə qayıdarkən, xüsusilə stresli vəziyyətlərdə, məsələn, eniş zamanı nəsə düz getməzsə, huşunun itirilməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün astronavtlar Yerə enməzdən əvvəl çoxlu su içirlər”, - deyə o bildirir.

Bir neçə həftədən sonra əzələ kütləsi azalmağa başlayır. İlk həftələrdə itkilər həftədə təxminən 3 faiz təşkil edir, sonra bu proses yavaşlayır. Bununla belə, əzələ gücü daha da sürətlə - həftədə 5 faizə qədər azalır. Fiziki formanı qorumaq üçün Beynəlxalq Kosmik Stansiyada trenajorlar quraşdırılıb, lakin effekt yenə də Yerdəki kimi deyil. Əzələlərin zəifləməsi, həmçinin sümük toxuması sıxlığının azalmasına gətirib çıxarır. Aşağı cazibə şəraitində sümüklər daha kövrək olur və professorun fikrincə, bu, Yerə qayıtdıqdan illər sonra, məsələn, erkən omba sınığı riskinə səbəb ola bilər.

Daha bir problem kosmosda səviyyəsi Yerdəkindən əhəmiyyətli dərəcədə yüksək olan radiasiyadır. Atmosferin qoruyucu qatının olmaması səbəbindən radiasiya ürək-damar sisteminə və sinir hüceyrələrinə mənfi təsir göstərə və nəzəri olaraq xərçəng xəstəliklərinin inkişaf riskini artıra bilər. H.Berqin sözlərinə görə, hazırda bu problemin effektiv həlli yoxdur.

Uzun müddət qapalı məkanda qalmaq həm də psixoloji sınağa çevrilir. Sentyabr ayında S.Uilyams ailəsi, dostları və ev heyvanları üçün darıxdığını etiraf etdi, B.Uilmor isə ekipajın uzadılmış missiyaya uyğunlaşmağa çalışdığını söyləyib. Uçuşlara hazırlıq çərçivəsində kosmik agentliklər psixoloji yükü azaltmaq üçün diqqətlə uyğun ekipajlar seçirlər, lakin bu halda kimi qəfil cədvəl dəyişiklikləri böyük problemə çevrilə bilər.

Fatimə Mərdanlı//EDnews

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Hamısı