Floridada dəhşətli hadisə baş verib. Belə ki, bir qadın və üç uşaq güllələnib.
EDnews-ın verdiyi məlumata görə, atışma Pembrok-Park şəhərində baş verib.
"Pembrok-Park polis əməkdaşları hadisə yerinə gəldikdə, orada bir qadını, bir körpəni və iki azyaşlını ölmüş vəziyyətdə aşkar ediblər", - deyə xəbərdə bildirilir.
Daha iki nəfər - bir kişi və 10 yaşlı qız yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda polis hadisəni araşdırır, yaralıların vəziyyəti barədə məlumat verilməyib.
Fatimə Şükürova // EDnews