Böyük Britaniyada fırıldaqçılar ölkənin Vergi və Gömrük İdarəsindən (HM Revenue & Customs, HMRC) 47 milyon funt-sterlinq (64 milyon dollar) oğurlayıblar.
“EDnews” xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat verib.
Məlumata görə, fırıldaqçılar 100 mindən çox insanın hesablarına giriş əldə edərək və onların adından güzəştlər üçün sorğu göndərərək buna nail olublar.
Vergi və Gömrük İdarəsinin baş direktorunun müavini Anjela Makdonald qeyd edib ki, fırıldaqçılar ümumi məbləği 47 milyon funt-sterlinq olan üç ödəniş əldə edə biliblər.
İdarənin baş direktoru Con-Pol Marksın sözlərinə görə, söhbət mütəşəkkil cinayətkar fişinq hücumundan gedir ki, onların məqsədi HMRC sistemlərindən identifikasiya məlumatlarını əldə etmək olub.