Azərbaycanda bəzi dəmir yolu stansiyalarında süni intellektin tətbiqi ilə bağlı addımlar atılacaq.
"EDnews" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunmuş "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" panel müzakirəsində bildirib.
"Hazırda belə bir layihə üzərində işləyirik. Söhbət mərkəzi idarəetmə sistemləri ilə bağlı yükdaşımaların idarə olunmasından gedir. Əlavə olaraq kommersiya işləri, tarif kalkulyatoru, daşıma ilə bağlı olan bütün proseslərə, təmirə qədər bütün məsələləri əhatə edən rəqəmsal layihələrimiz mövcuddur. Mikroprosessorlu sistemlərin tətbiqindən sonra süni intellektin tətbiqi ilə bağlı addımların atılması gözlənilir", - deyə o qeyd edib.