“Reuters” informasiya agentliyi İslandiya Meteorologiya İdarəsinin vulkanoloqu Maykl Parksa istinadən qeyd edir ki, iqlim dəyişikliklərinin İslandiyadakı aktiv vulkanlara mənfi təsiri müşahidə olunur. “Buzlaqların əriməsi tektonik hərəkətliliyi artır ki, bu da vulkan püskürməsi təhlükəsini artır.
Buzlaqlar vulkanik aktivliyi cilovlaya bilir, lakin qlobal istiləşmə bu qabiliyyəti tədricən azaldacaq. Artıq bu gün ekspertlər qeyd edirlər ki, yeni püskürmə dalğasının başlaması üçün bütün lazımi şərait var”.
Xatırladaq ki Oktyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəhbəri Hoysun Li qlobal istiləşmənin 3°C-ə çatacağı təqdirdə Cənubi Avropanın səhralaşma riski ilə üzləşdiyini bildirmişdi. O, bütün Avropanın bu mövzuda həssas olmağının vacibliyini vurğulayıb.
EDnews