Təyyarə qəzalarının sayı niyə artıb? -Məşhur pilot cavab verir

Maraqlı 14:43 01.02.2025

Hamımız müşahidə edirik ki, son aylarda təyyarə qəzalarının sayı kəskin şəkildə artıb. Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasından sonra bu məsələ cəmiyyətimiz üçün aktuallığını daha da artırıb. Lakin həmin qəzadan sonra ardıcıl olaraq Cənubi Koreya, Kanada və Norveçdə də ardıcıl üç qəza baş verdi. Son olaraq isə - yanvarın 31-i və fevralın 1-də ABŞ-nin Vaşinqton ştatında və Pensilvaniya ştatının Filadelfiya şəhərində də ardıcıl iki təyyarə qəzası baş verib, nəticədə onlarla insan ölüb və yaralanıb.

Bəs təyyarə qəzalarının sayı niyə artıb? Bunu hansı amillərlə əlaqələndirmək olar?

"EDnyus" xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran türkiyəli polkovnik, təlimatçı pilot Mustafa Tekindor bildirib ki, hava nəqliyyatı qəzaları ilə bağlı mütəmadi olaraq qeyd edilən məsələ qəzaların qarşısının alınmasının mümkünlüyü ilə bağlıdır:

"Sual yaranır ki, qəzaların qarşısı alına bilirsə, bəs onlar niyə baş verir? Çünki araşdırmalar göstərir ki, qəzaların 80%-i insan faktoru ilə bağlıdır və böyük ölçüdə qarşısı alına bilər. Hər hansı bir uçuşun təhlükəsiz şəkildə həyata keçirilməsi, təyyarənin uçuşa hazırlanmasına məsul olan texniki heyətdən tutmuş təyyarəni idarə edən pilotlara, hava məkanını idarə edən nəzarətçilərə qədər geniş bir heyətin düzgün zamanda düzgün qərar verməsindən asılıdır".

"Ümumiyyətlə, aviasiyada görmək və görünmək məsələsi çox əhəmiyyətlidir. Texnologiyanın inkişafına əsasən, havadakı hərəkət trayektoriyası düz mütənasib olaraq artır. Hava vasitələrində digər hərəkətlərin asanlıqla görünməsi və fərqləndirilməsi üçün avadanlıqlar və işıqlandırmalar mövcuddur. Məsələn, toqquşma əleyhinə profilaktik işıqlar hər hava nəqliyyatı vasitəsində mövcuddur və mühərrik işə salındıqdan sonra açılır, uçuş sonunda mühərriklər dayandırıldıqdan sonra bağlanır. Bu və buna bənzər işıqlandırma sistemləri sayəsində digər nəqliyyat vasitələrinə vizual nəzarət etmək mümkündür.

İşıqlandırma sistemlərindən fərqli olaraq, indiki təyyarələr "Traffic Alert and Collision Avoidance System (TCAS - Trafik xəbərdarlığı və toqquşmadan qaçma sistemi) adlı avadanlıqla təchiz olunub. Bu sistem yaxınlıqdakı "Secondary Surveillance Radar" (SSR - ikinci dərəcəli müşahidə radarı) transponder cihazlarının siqnallarını sorğulayan, eləcə də SSR transponderləri ilə təchiz edilmiş digər nəqliyyat vasitələri ilə potensial toqquşma riskləri haqqında məsləhət verən və uçuş heyətinə vizual və səsli xəbərdarlıqlar verməklə şaquli qaçma manevrlərini tövsiyə edən toqquşmadan yayınma sistemidir", - polkovnik vurğulayıb.

Pilot əlavə edib ki, aviasiyada görmək qədər digər nəqliyyat vasitəsinin dinlənilməsi də vacibdir:

"Belə ki, hava məkanında uçuşların təhlükəsizliyinin, hava hərəkətinin əlaqələndirilməsi və xidmət funksiyasının yerinə yetirilməsi üçün ümumi ortaq dildən istifadə edilir. Burada istifadə olunan ümumi dil termini aviasiya frazeologiyasıdır. Məsələn, təyyarə havadadır və pilota belə bir sual verilir: "Havadakı təyyarəni görürsən?" Cavab: "Hansı təyyarəni?" - olmalıdır. Çünki gecəgörmə cihazı ilə edilən uçuşlarda görmə sahəsi gündüzə nisbətən daha azdır. Yəni pilotun "görürəm" cavabı, bəlkə də, havaya qalxan başqa bir təyyarə üçün verilmiş ola bilər. Ona görə də hava hərəkətinin intensivliyinin nəzarətçiləri nəqliyyat vasitələrini davamlı olaraq izləyir və mümkün fors-major vəziyyətlərə qarşı pilotları xəbərdar edirlər. Həmçinin bu kimi hallarda nəzarətçilər istiqamət və məsafə məlumatlarını da verməlidirlər".

"Bir sözlə, qəzalar aviasiya sənayesinin qaçılmaz reallığıdır. Quru, dəniz və dəmir yolu nəqliyyatında olduğu kimi, hava nəqliyyatında da qəzalar mümkündür. Tədqiqatlar göstərir ki, dünya üzrə hər gün edilən minlərlə uçuşu nəzərə alsaq, hava nəqliyyatında ölüm riski milyonda ondur. Məhz buna görə də təyyarələr hələ də dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsidir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

mustafa.webp

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Hamısı