Səfər Əbiyevin qoyub qaçdığı Fərrux dağı Qarabağ qazisi şok faktları AÇIQLADI

Müsahibələr 14:37 26.03.2022

Erməni KİV-lərinin iddiasına əsasən Azərbaycan ordusu Əsgəran rayonunda yerləşən Fərrux dağı ətəyindəki Fərrux kəndini və bir neçə srtareji əhəmiyyətə malik yüksəklikləri ələ keçirib. Müdafiə nazirliyi bu istiqamətdə döyüşlərin getdiyini inkar etsə də, ordumuzun “dislokasiya” tədbirlərini icra etdiyini bildirib. Müxtəlif mənbələrdən əldə edilən məlumata görə artıq Fərrux dağ silsiləsi ordumuzun nəzarətindədir.

Xatırladaq ki, Fərrux dağı Qarabağda ən strateji ərazilərdən biridir və Birinci Qarabağ müharibəsi zamanı bu istiqamətdə ordumuz xeyli itkilər verib. Hətta böyük şair Xəlil Rza Ulutürkün oğlu, Təbriz Xəlilbəyli Fərrux dağının ətəyində şəhid olub.

Mövzuyla bağlı Qarabağ qazisi, Fərrux dağı uğrunda gedən döyüşlərin iştirakçısı Rey Kərimoğlu EDNews-a eksklüziv müsahibə verib və ölkə ictimaiyyəti üçün ilk dəfə bir çox gizlin məqamların üstünü açıb:

Rey Kərimoğlu Ağdərə əməliyyatı ha-qqında - Feedc

“Fərrux Dağı hərbi baxımdan Xocalıdan daha əhəmiyyətlidir”

- Məlumdur ki, günlərdir Erməni mətbuatı ordumuzun Fərrux kəndi istiqamətində irəlilədiyini, bir neçə yüksəkliyi ələ keçirdiyini iddia edir. Bu kəndin strtaeji əhəmiyyəti nədən ibarətdir?

- Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hətta mən deyərdim Xocalıdan da vacib bir yerdir. Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir. Belə ki, Qarabağda, Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri düz Ballı Qayaya, oradansa Vəngə qədər gedib çıxır. Xaçın çayının yatağı o dağın ətəyi ilə gəlir. Fərrux kəndi isə 40-50 evdən ibarət bir kənddir, Kolanlı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. O kənd əgər azad olunubsa Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir.

 

“Ordumuz Ağdərə-Xankəndi yoluna tam nəzarət edə bilər”

Fərrux dağındakı yüksəkliklərdən biri də Daşbaşıdır. O yüksəkliksə Fərrux dağında ən strateji yerdir. Bunu çoxları bilmir, Daşbaşı və Fərrux dağının digər yüksəkliklərini alan tərəf “86-cı” deyilən bir yola, Ağdərə-Xankəndi yoluna nəzarət edə bilər. Əldə olunan məlumatlara görə bizim ordu hazırda Daşbaşındadır. Bu isə Əsgəran, Xanabad və Xocalının tam ovucumuzun içinə düşdüyü, Xocalının o biri başından keçən Xankəndi yolu da nəzarətimizə keçdiyi mənasına gəlir. Bu Qarabağdakı separatçıların taleyinin həll edilməsi deməkdir.

- Deməli, bu qədər əhəmiyyətli olduğu üçün Birinci Qarabağ müharibəsində bu dağ uğrunda bir çox hücumlar təşkil olunub və ordumuz xeyli itki verib. O dövrdə bu istiqamətdə gedən döyüşlərin iştirakçısı kimi hansı Fərrux dağını ala bilməməyimizin səbəbini nədə görürsüz?

-Deməli, 1992-ci ilin 31 yanvarında Fərrux Dağındakı Daşbaşı yüksəkliyinin aşağısındakı kənd Şirin Mirzəyevin özünmüdafiə batalyonu və polis alayının iştirakı ilə ermənilərdən azad olunub. Mənsə bu kəndin azad edilməsindən sonra onun müdafiəsində iştirak etmişəm. Ümumiyyətlə Fərrux dağı və Daşbaşı istiqamətində bir çox əməliyyatlar həyata keçirilib. Bu əməliyyatları rəhmətlik komandirimiz Şirin Mirzəyevin yaratdığı batalyon icra edirdi. 1992-1993-cü illərdə bəlkə də bu istiqamətə tərəfimizdən 10 dəfə hücum təşkil olunub. Bir neçə dəfə Daşbaşını almışıq, lakin saxlaya bilməmişik.

- Niyə?

- Biz oradakı erməni qüvvələrini çox asan bir şəkildə zərərsizləşdirə bilirdik. Lakin 30-40 dəqiqə sonra ermənilərə kömək gəlirdi və Xankəndi-Xanabad istiqamətindəki yüksəkliklərdən bizi iri çaplı silahlardan atəşə tuturdular. Bizimsə Daşbaşında qorunmağa yerimiz yox idi. Ona görə də hər dəfə biz məcbur olub yüksəklikdən düşür, buranı əlimizdə saxlaya bilmirdik.

- Siz də bu istiqamətdə gedən döyüşlərdə yaralandız?

Bəli, 1992-ci ilin avqustun 9-da biz kiçik bir kəşfiyyat qrupu kimi gecə ilə bu istiqamətdə yoldandıq. Məqsədimiz Daşbaşına qalxan zaman bizi vuran ermənilərin təminat durumu, onlara arxadan gələn dəstək yolları, bu dəstəyin qarşısını almaq üçün pusqu qurmaq yerləri və s. müəyyənləşdirmək idi. Öyrənmək istəyirdik ki, Daşbaşı yüksəkliyinə çıxanda bizi vuran erməni qüvvələrini, onlara gələn dəstəyi necə zərərsizləşdirə bilərik. Biz kəşfiyyat planını uğurla icra edib geri dönəndə minaya düşdük. Üç nəfər idik və mən də orada yaralandım.

“Səfər Əbiyev maşınını, buşlatını qoyub qaçdı”

- Fərrux dağı uğrunda gedən döyüşlərdən xüsusilə biri daha çox xatırlanır.  Sabiq Müdafiə nazirinin müavini Mehman Səlimovun komandanlığında aparılan əməliyyat zamanı ordumuz ağır məğlubiyyətə uğrayır və yüzlərlə əsgərimiz şəhid olur. Siz şahidlərdən biri kimi bu əməliyyatın uğursuzluğa uğramasının səbəbini nədə görürsüz?

- Bu əməliyyata tək Mehman Səlimov yox, sabiq müdafiə naziri Səfər Əbiyev də rəhbərlik edib. Hətta sizə deyim ki, bu əməliyyatda Əbiyev “UAZ” markalı avtomobilini və buşlatını qoyub qaçıb. Sözügedən əməliyyatın dəqiq tarixi xatirimdə deyil. Lakin onu deyə bilərəm ki, o dövrdə onlar Fərrux dağı əməliyyatını hazırlayanda mən şəxsən bir kəşfiyyatçı kimi yazılı raport vermişəm. Lakin onlar nə mənim, nə də digər kəfiyyatçıların yazılı və şifahi raportlarını incələmədən əməliyyat planını hazırladılar. Biz dəfələrlə kiçik qüvvə ilə bu dağı almışdıq, lakin bu dəfə onlar böyük bir qoşunla ciddi uğursuzluğa uğradılar.

 İtkilərin çox olması və məğlubiyyətin səbəbini isə belə izah etmək olar. Bunu ilk dəfədi deyirəm. Fərrux dağının ətəyində, həm biz, həm də ermənilər tərəfindən xeyli minalar basdırılmışdı. Əbiyevlə Səlimov zəncirvari hücum etmək istəyəndə biz izah etdik ki, burada xeyli mina var. Onlar da 3-5 metr enində bir cığır açıb dağa qalxmaq istədilər. Biz yenə onlara izah elədik ki, biz dağı itkisiz alıb, sizə təhvil verə bilərik. Onlarsa bizim təkliflərimizi qulaq ardına vurdular.

Nəticədə Əbiyev və Səlimov açdıqları cığırla Daşbaşına qalxanda ermənilərin atəş mövqeyinə çıxdılar. Erməni dəstələri iri çaplı silahlardan onları atəşə tutdu. Orada şəhid və yaralılarımız oldu. Qoşunlarımız atəşdən yayınmaq üçün gizlənmək məqsədilə sağa-sola qaçanda minaya düşdülər. Nəticədə böyük bir panika yaşandı və xeyli əsgərimiz şəhid oldu. İndi bəziləri iddia edir ki, bu əməliyyatda guya 2 minə yaxın şəhid vermişik, məncə bu şişirdilmiş rəqəmdir. Orada maksimum 100-ə yaxın itki vermişik. Bundan sonra da Fərruxu almaq üçün bir çox cəhdlər edildi, lakin alınmadı.

Nicat İsmayılov

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı