Tereza Meyə dikdaban ayaqqabıları tərgitmək çağırışı edilib

Maraqlı 19:27 15.09.2016
"The Independent" yazır ki, Britaniyanın həmkarlar ittifaqları baş nazir Tereza Meyi dikdaban ayaqqabıları tərgitməyə çağırıblar.
 
Tred-yunionlar hesab edirlər ki, baş nazir, nəhayət "hamının üzünü ağ edərək" Mühafizəkar Partiyanın qurultayına və ondan sonra keçiriləcək bütün tədbirlərə yastı dabanlı ayaqqabı geyinməlidir.
 
Həmkarlar İttifaqları hazırda İngiltərənin Brayton şəhərində keçirilən qurultayda qadınların iş yerlərində dikdaban ayaqqabı geyinməyə məcbur edilməsinə qarşı qanunun qəbulunu dəstəkləyirlər.
Onlar baş naziri də belə bir qanunu dəstəkləməyə çağırıblar.
 
Sözü gedən qanunun qəbulu üçün kampaniya, müvəqqəti işləyən 27 yaşlı resepsiyaçı Nicola Thorp adlı qadın dikdaban ayaqqabı geyinmədiyinə görə müdiriyyət tərəfindən evə göndəriləndən sonra başlanıb.
 
Dikdaban ayaqqabıların ayaqlara və belə ziyanı haqqında kifayət qədər əsaslı dəlillər mövcuddur.
 
Britaniya hökuməti və parlamenti bu məsələyə baxmağa çağıran petisiyanı  145 min nəfər imzalayıb.
 
GMB Union həmkarlar təşkilatından Penny Robinson qurultayda çıxış etməzdən əvvəl dikdaban ayaqqablarını çıxararaq tribunaya ayaqyalın qalxıb.
 
"İndi sağlam ayaqqabı geyinmək növbəsi ölkəni idarə edən qadınındır" - deyib çıxışçı baş nazir Tereza Meyə işarə vuraraq.
 
"Tereza Mey mühafizəkarların lideri və baş nazir olanda mən gözləyirdim ki, qəzetlər onun siyasətlərindən, prioritetlərindən və Brexit-ə münasibətindən yazacaqlar, - deyib Robinson, - Əvəzində qəzetlər onun ayaqqabı sevgisindən və zəngin ayaqqabı kolleksiyasından yazırlar".
 
Çıxışçı deyib ki, baş naziri daha çox bəbir naxışlı dikdaban ayaqqabıları, uzunboğaz dəri çəkmələri və Jimmy Choo tufliləri ilə tanıyırlar.
 
"Lakin o iş yerlərində qadınları müdafiə etmək istəyirsə, kabinet iclaslarına, parlamentə və Avropa İttifaqı liderləri ilə bütün görüşlərə ket, tangetka və ya rahat ayaqqabı geyinməlidir" - deyib Robinson.
 
O yarızarafat-yarı kinayəli şəkildə vurğulayıb ki, ölkənin ən qüdrətli qadını kişilərin gözləntilərini qarşılamaq üçün dizayner ayaqqabıları geyinməməlidir.
 
"Heç olmasa bir dəfə elə hərəkət edin ki, sizinlə fəxr edək" - deyib həmkarlar fəalı.
 
Lakin "The İndependent" yazır ki, BBC radiosunun məşhur Desert Island Discs verilişindəki seçimi baş nazirin belə məsləhətlərə qulaq asmayacağını göstərir.
 
Bu verilişdə qonağa bir qayda olaraq "kimsəsiz adaya düşsən, özünlə nə götürərdin" sualını verirlər.
 
Tereza Mey bu verilişdə dəbdəbəli moda jurnalı Vogue-un ömürlük abunəçiliyini seçib.
Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Hamısı