İsrail HƏMAS hərəkatı ilə mübarizə aparmaq üçün Qəzza zolağındakı bir sıra fələstinli tayfaları öz tərəfinə çəkib.
"EDnews" xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
"Təhlükəsizlik qüvvələrinin məsləhəti ilə biz Qəzzada HƏMAS-a qarşı çıxan tayfaları aktivləşdirdik. Bu, ancaq xeyrimizədir – bu, hərbçilərimizin həyatını xilas edir", – baş nazirin ofisinin yaydığı bəyanatda bildirib.
Qeyd olunub ki, İsrail Qəzzada əsas məqsədə – HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq üçün kəşfiyyat, qətiyyət və təhlükəsizlik sisteminin tam dəstəyi ilə hərəkət edir.
“İsrail tam qələbə qazanana qədər bütün cəbhələrdə fəaliyyətini davam etdirəcək”, – bəyanatda vurğulanıb.