"Azərbaycan bölgədə yeni xəritə formalaşdırır" Politoloq

Siyasət 15:31 29.04.2021

"Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə hər səfəri böyük maraqla qarşılanır".

Eurasia Diary xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək:

"Zəngilan və Cəbrayıl rayonlarına edilmiş bu səfər də olduqca mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, öz torpaqları olmayan, oraları vandalcasına dağıdan mənfur ermənilərin vəhşiliklərinin əksinə olaraq ölkə başçımız tərəfindən əsası qoyulan layihələr, eyni zamanda Ermənistana, onun havadarlarına və dünyaya verilən mesajları bir daha göstərdi ki, Azərbaycan xalqı qətiyyətlə öz dədə-baba yurduna qayıdıb və oraları dirçəltmək istiqamətində əməli addımlar ataraq, dünyanın ən inkişaf etmiş texnologiyalarını regiona cəlb edir. Zəngilanda təməli qoyulan və azad olunmuş ərazilərdə say etibarilə ikinci olan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi imkanı yaranır. Nəzərə alsaq ki, bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini də qəbul etməyə qadir olacaq o zaman bu, bütövlükdə bölgənin inkişafında mühüm rol oynayacaq. Eyni zamanda, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək ki, buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Bu da sadəcə Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün deyil, bütövlükdə region üçün ancaq fayda gətirəcək. 

Ş.Həsənova deyib ki, Azərbaycan bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşdırır:

"Böyük qayıdışın birinci addımı sayılan və Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin də təməli qoyuldu ki, burada tətbiq olunacaq müasir texnologiyalar əslində düşmənə və bütün dünyaya bir mesaj idi. Əvvəla o baxımdan ki, düşmənin buraları barbarcasına dağıtmağından fərqli olaraq biz öz dədə-baba yurdumuza sahib çıxırıq, onu dirçəldirik. Həm də bu işdə qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan dövlətinin intellektual potensialının inkişaf səviyyəsindən, onun gücündən xəbər verir.

Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşdırılır. Necə ki, bundan öncə Azərbaycan Asiya ilə Avropanı birləşdirən önəmli nəqliyyat dəhlizləri yaratdı və bununla da Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri qitələrarası yükdaşımalarında mühüm rol oynadı, indi bu siyahıya daha bir nəqliyyat dəhlizi əlavə olunur. Belə ki, daha bir tarixi nailiyyət əldə olunaraq Zəngəzur dəhlizi açılacaq ki, bu da nəinki region ölkələri üçün əhəmiyyətlidir, eyni zamanda bölgənin iqtisadi fəallığını təmin edəcək".
DİN- dən sürücüləri sevindirəcək  yenilik

Xəbər xətti

“Toyuq əvvəl olub, yoxsa yumurta ” sualına axtarılan cavab - ABŞ ilə Aİ-nin toqquşan maraqları
15:44 03.03.2025
İranda hakimiyyət böhranı: Son istefalar nədən xəbər verir?
15:04 03.03.2025
Ermənistan Aİ-yə üzvlük haqqında qanun layihəsinin müzakirəsini təxirə salıb
14:56 03.03.2025
Ukrayna "Patriot"-ları "Asters"-lərlə əvəz edəcək
14:11 03.03.2025
"Müxalifət liderlərinin təbliğat alətləri xarici hökumətlər tərəfindən maliyyələşdirilib"
13:46 03.03.2025
Od çərşənbəsində hava necə olacaq?
12:01 03.03.2025
Ötən ay azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib
11:48 03.03.2025
Avropa liderləri Ukraynaya dair sülh planı hazırlayacaqlar
11:37 03.03.2025
Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarın ziyarət etdi
11:14 03.03.2025
Bəzi telefonlarda "WhatsApp" işləməyəcək
11:10 03.03.2025
Qazaxıstanın Baş naziri Zəfər parkını ziyarət etdi
10:36 03.03.2025
Volodimir Zelenski kimdir -Diktator, yoxsa Ukraynanın Çörçili?
10:26 03.03.2025
İsveçdə hipotermiyadan ölüm halları rekord qeydə alınıb
10:08 03.03.2025
"Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır"
09:57 03.03.2025
Cavad Zərif Niyə İstefa Verdi?
09:26 03.03.2025
Dünya Bankı növbəti 5 ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
09:02 03.03.2025
Xırdalan şəhərində güclü yanğın baş verdi
07:43 03.03.2025
Zəngəzur Milli Parkında 5 bəbir görüntüləndi
07:04 03.03.2025
İranın vitse-prezidenti istefa verdi
06:49 03.03.2025
“SpaceX” kompaniyası daha 21 internet peykini orbitə çıxarıb
06:02 03.03.2025
Ukrayna PUA-ları Rusiyada Neftayırma zavodunu vurdu
05:55 03.03.2025
Rusiya Suriyadakı hərbi bazalarını qorumağa çalışır
22:37 02.03.2025
İqlim dəyişikliyi olmasaydı Yer 11 min il sonra yeni buz dövrünə qədəm qoyacaqdı
20:09 02.03.2025
Zelenski Böyük Britaniya kralı ilə görüşdü
19:12 02.03.2025
"ABŞ-nin NATO-dan çıxması ideyası güclənir"
18:17 02.03.2025
Süni intellektin insanları üstələdiyi ədalətsiz yarışlar
13:29 02.03.2025
Yuxusuzluğun orqanizmə necə təsir edir?
13:04 02.03.2025
İsrail HHQ Qəzza zolağının şimal hissəsinə zərbə endirib
12:21 02.03.2025
Miqreni yüngülləşdirən çarə tapıldı
11:12 02.03.2025
Zelenski Starmerlə görüşüb
20:17 01.03.2025
"Ermənistan Cənubi Qafqazda ən böyük mina istehsalçısı olmaqda davam edir"
18:58 01.03.2025
36 milyard günəş ölçüsündə qara dəlik tapıldı
18:24 01.03.2025
II Dünya Müharibəsindən qalma gizli yeraltı keçidlər  turistik cazibə mərkəzinə çevrilə bilər mi?
18:21 01.03.2025
"T Coronae Borealis" yenidən parlayacaq
16:07 01.03.2025
"Norveç Ukraynaya maliyyə yardımını artıracaq"
15:33 01.03.2025
"Dərnəgül" yoluna alternativ yol nə vaxt hazır olacaq?
14:28 01.03.2025
Roma Papası süni tənəffüs aparatına qoşuldu
12:41 01.03.2025
HƏMAS atəşkəsi uzatmaqdan imtina etdi
12:10 01.03.2025
Trampla qalmaqallı görüş Zelenskinin reytinqini artırdı
11:06 01.03.2025
İlham ƏIiyev “Barselona”nın prezidentini qəbul etdi
10:57 01.03.2025
Hamısı