Böyük Britaniya və Avropa liderləri, Ukraynayla bağlı ABŞ’a təqdim etmək məqsədilə sülh planı hazırlamaq üçün bir araya gəliblər.
“EDnews” xəbər verir ki, Böyük Britaniya Baş Naziri Keyr Starmer bazar günü jurnalistlərə açıqlamasında bildirib ki, Avropa liderləri Ukrayna ilə bağlı sülh planı hazırlamağa qərar veriblər, Onun sözlərinə görə hazırlandıqdan sonra yekun planın ABŞ-a təqdim edilməsi planlaşdırılır. Rəsmi Vaşinqton bunu Kiyevin həssas olduğu "təhlükəsizlik zəmanətləri" şərtinin təmin olunması baxımından əhəmiyyətli addım hesab edir.
Xatırladaq ki, Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə gərginlik yaşayaraq Vaşinqtona səfərini yarıda qoymuşdu.Bunu görən Avropa liderləri isə Ukrayna prezidentinə güclü dəstək nümayiş etdirdilər və söz verdilər ki,onun ölkəsinə daha çox yardım göndərəcəklər.
Avropa liderləri, Trampa regionun özünü müdafiə edə biləcəyini göstərmək üçün müdafiəyə daha çox sərmayə qoymağa qərar veriblər, Avropa Komissiyasının rəhbəriylə birlikdə borc məhdudiyyətlərinin asanlaşdırılması barədə təklif irəli sürüb.
Starmer, şənbə günü Zelenskini səmimi şəkildə qarşıladıqdan sonra qeyd edib ki. Britaniya, Ukrayna, Fransa daxil olmaqla bəzi ölkələr koalisiya quracaqlar, həmçinin Trampa təqdim etmək üçün sülh planı da hazırlayacaqlar.
“Bu mözuda artıq daha çox müzakirə aparmaq vaxtı deyil,hərəkətə keçmək,liderlik göstərmək və davamlı sülh planı ətrafında birləşmək zamanıdır“ deyə Starmer bildirib.
Mədinə Məmmədova//EDnyus