Zelenski Tramp görüşü və görüşün gedişində,mətbuat nümayəndələrinin gözü önündə yaşananlar dünyada geniş əks-səda doğurub. Trampın ittihamları, Zelenskinin isə özünümüdafiəsi şəraitində keçən, Ukrayna dövlət başçısının yarımçıq tərk etdiyi görüş həm Ukrayna daxilində, həm də beynəlxalq arenada Zelenskinin nüfuzuna müsbət təsir gəstərib.
Ukrayna prezidenti Volodimir Zelenskinin fəaliyyəti xalq tərəfindən təqdir olunur.
"EDnews" unian.net-ə istinadən xəbər verir ki, bu münasibət “Reytinq” Sosioloji Qrupunun Ukraynanın müxtəlif regionlarında bu il fevralın 26-27-də 2000 respondentin arasında keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
Nəticəyə əsasən, rəyi soruşulanların 91 faizi Zelenskini dəstəklədiyini bildirib. Bu isə o deməkdir ki, Zelenskinin reytinqi ötən ilin dekabrından bu yana 3 dəfə artıb.
Zelenskinin reytinqi Ukraynanın Qərb və Merkezi regionlarında 90, Şərq və Cənub regionlarında isə 80 faiz təskil edib.
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən mübahisəyə müxtəlif ölkələrin rəhbərləri münasibət bildiriblər.
"Hücuma məruz qalan xalq var, o da Ukrayna xalqıdır"
“Təcavüzkar olan Rusiya və hücuma məruz qalan xalq var, o da Ukraynadır. Biz üç il əvvəl Ukraynaya kömək etməkdə, həmçinin, Rusiyaya sanksiya qoymaqda və bunu davam etdirməkdə haqlı idik".
Bunu Fransa Prezidenti Emmanuel Makron “BFMTV” telekanalına açıqlamasında deyib.
"Biz kömək edənlərin hamısına təşəkkür etməliyik və əvvəldən mübarizə aparanlara hörmət etməliyik".
"Siz tək deyilsiniz"
Polşanın Baş naziri Donald Tusk isə X hesabında bunları yazıb:
“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”.
" İspaniya səninlədir”
İspaniyanın Baş naziri Pedro Sançes də “X” hesabında Ukraynanı dəstəkləyib: "Ukrayna, İspaniya səninlədir”
"Kanada Ukraynanı dəstəkləyir"
Kanadanın Baş naziri Castin Trüdo isə qeyd edib ki, ukraynalılar üç ildir cəsarət və dözümlülüklə mübarizə aparırlar: "Onların demokratiya, azadlıq və suverenlik uğrundakı mübarizəsi bizim hamımız üçün əhəmiyyətlidir. Kanada, Ukraynanın və ukraynalıların ədalətli və daimi sülhə nail olmaq üçün yanında olmağa davam edəcək".
Fatimə Mərdanlı//EDnews