Stres səbəbindən yuxu problemi yarandıqda orqanizmdə piylənmə zamanı ortaya çıxan patoloji proseslər başlaya bilər.
“EDnews” xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova məlumat verib.
Həkim bildirib ki, yuxusuzluq və artıq çəki arasında əlaqə 240 nəfərin iştirak etdiyi elmi təcrübə zamanı müəyyən edilib. Könüllülər 24 saat yatmayıblar, buna görə də gənc və sağlam insanlarda immun hüceyrələrinin fəaliyyəti dəyişib. Yuxusuzluq zamanı bu hüceyrələr piylənmədən əziyyət çəkən şəxslərin hüceyrələrinə bənzəyir, onlarda gizli iltihabın səviyyəsi daha yüksəkdir və yuxu ilə bağlı problemlər var.
Z.Pavlova xəbərdarlıq edib ki, yalnız artıq çəkidən əziyyət çəkənlər deyil, hətta arıq insanlar belə yuxusuz qalmaqdan çəkinməlidirlər.
O əlavə edib ki, uzun müddət ərzində yuxusuz qalmaq xroniki iltihabın yaranmasına səbəb ola bilər və müxtəlif xəstəliklərin riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Fatimə Mərdanlı//EDnews