“Bu imtina Ermənistan üçün intihar ola bilər” Politoloqdan Pelosinin səfərinin gizli məqamları barədə ŞƏRHİ

Siyasət 10:01 20.09.2022

“ABŞ Ermənistanı Rusiyadan qoparıb Qərbyönümlü dövlət etmək niyyətindədir. Bu istiqamətdə artıq ciddi şəkildə Ermənistana dəstək göstərilir”.

Bu sözləri Ednews-a politoloq Natiq Miri ABŞ-ın dövlət rəsmisi Nelson Pelosinin Ermənistana rəsmi səfərinin arxasında duran geosiyasi hədəfləri şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, Vaşinqton Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün bir çox maneverlərdən istifadə etməyə başlayıb.

“Pelosi Ermənistan rəsmiləri ilə görüşlərində açıq şəkildə bəyan edib ki, əgər İrəvan KTMT, daha doğrusu, Rusiyanın orbitindən çıxmağa cəhd göstərərsə, ABŞ Ermənistana hər cür dəstək göstərməyə hazır olacaqdır. Burada əsas hədəflərdən biri Rusiyanı bölgədən tam şəkildə kənarlaşdırmaqdır. Fikir verirsinizsə, Ermənistan cəmiyyətində artıq Qərbmeyilli düşüncələr artmaqdadır, bu ölkədə Rusiya əlehinə etiraz nümayişləri və aksiyaları keçirilir. Ermənistanın bir çox siyasi ünsürləri KTMT-ni tərk etməyə çağırırlar”.

Natiq Mirinin fikrincə, Ermənistanın Rusiya blokundan ayrılması o qədər də asan məsələ deyil.

Politoloq, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində son hərbi qarşıdurmalar KTMT-ni gözdən salmaq üçün əvvəlcədən düşünülmüş təxribatxarakterli bir plandır.

“Ermənistanda müəyyən siyasi qüvvələr KTMT-dən ayrılmaq üçün siyasi və hüquqi zəmin hazırlayırlar. Fikir verirsinizsə, sərhəd qarşıdurmalardan sonra səhərisi gün KTMT-yə müraciət olundu. Ancaq Ermənistan hakimiyyəti əmin idi ki, Rusiya və təşkilatın digər üzv ölkələri öz ordularını Azərbaycana qarşı Ermənistana göndərməyəcəklər. Çünki Moskva və onun digər müttəfiqləri Azərbaycanla münasibətləri pozmaqda maraqlı deyillər, ən azından hadisəni araşdırmaq üçün ekspertlər səviyyəsində tədbirlərin görülməsinə qərar verilib. Bu da, əlbəttə, Ermənistanı qane etmir. Onlar düşünürlər ki, təxribat istər Ermənistan, istərsə Azərbaycan tərəfindən törədilsə belə, KTMT gözüyumlu Ermənistana hərbi dəstək göstərməlidir, Azərbaycan ordusu ilə üz-üzə gəlməlidir. Rusiya və KTMT-nin üzv dövlətləri isə Azərbaycanla münasibətlərdə maraqlarını düşündüklərindən prosesə etiqanlı yanaşıblar. Belə olan təqdirdə Ermənistanda o saat elə bir ab-hava yaratdılar ki, guya KTMT uğursuz təşkilatdır, bu təşkilat Ermənistanın təhlükəsizliyinə zəmanət vermir”.

Rusiyanın nəhəng qaz şirkəti "Qazprom"un qaz borcları ilə bağlı Ermənistana xəbərdarlıq məsələsinə münasibət bildirən Natiq Miri ehtimal edib ki, Kreml İrəvana hər tərəfli ciddi təzyiqlər edəcək.

“Həm qiymətlərin ucuz olması, həm də borcların müddətinin uzadılması baxımından Rusiya Ermənistana kifayyət qədər güzəştlər edib. Qaz məsələsində Moskvanın dərhal dinlənməsi İrəvana ciddi şəkildə mesajdır, yəni məcazi mənada desək, oturduğun skamya Rusiyanın sahəsində olub və nə badə onun ayaqlarını kəsməklə məşğul olarsan. Bununla yanaşı, yaxın gələcəkdə Ermənistan üzərində siyasi, hərbi və iqtisadi təzyiq mexanizmləri daha da ağırlaşdırıla bilər. Bildiyimiz kimi, Ermənistan ordusunun zabitlərinin əksəriyyətinin Rusiya kəşfiyyatı ilə sıx əlaqələri var. Eləcə də Ermənistanın strateji cəhətdən önəmli olan iqtisadi obyektləri də rus biznesmenlərinin əlindədir. Amma Rusiya hələlik qaz çərçivəsində Ermənistanı hədələməyə başlayıb”. 

Sonda Natiq Miri Ermənistan-Qərb yaxınlaşmasının İran-Ermənistan əlaqələrinə təsir göstərməsindən söz açıb;

“Rusiya və İrandan imtina Ermənistan üçün intihar ola bilər. Qeyd edim ki, İrəvan Tehranla gizli sövdələşmələrdən xeyli qazanc əldə edir. Köhnə silahların Yaxın Şərqdə terrorçulara daşınmasında və narko-ticarətdə Ermənistan mühüm tranzit rolunu oynayır.  Eyni zamanda İran və Ermənistan arasında güclü iqtisadi əməkdaşlıq da var. İran da Ermənistanla sərhədləri bağlasa, bu ölkə təmamilə məhv olar. Ona görə də Pelosinin Ermənistanda çıxışları quru bəyanatlardan başqa bir şey deyil. Regionda reallıq tam fərqlidir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərini Rusiya qoruyur, amma ABŞ Ermənistana gəlib təhlükəsizliyə zəmanət verməsi mümkün deyil”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı