Göyçə-Zəngəzur Respublikası yaradılacaq? SORĞU

Siyasət 16:02 20.09.2022

Türkiyənin paytaxtı Ankara şəhərində Göyçə-Zəngəzur Respublikasının nümayəndəliyinin açılışı olub. Sosial şəbəkələrdə nümayəndəliyin açılması xəbəri müzakirələrə səbəb olub. Həmçinin qeyd edilib ki, Göyçə-Zəngəzur Respublikası da yaradılacaq. Belə olan halda Qarabağda yenidən müharibə də gözlənilə bilərmi?

Ednews mövzu barəsində ictimai şəxslərin münasibətini öyrənib. Cavabları təqdim edirik:

Millət vəkili Tahir Rzayev:

“Bu məsələnin qaldırılması reallıqları özündə əks etdirir. Çünki o yerlər tarixən Azərbaycan torpaqları olub. Bu cür müzakirələr də o torpaqlara qayıdış təsəvvürü yaradır. Bu siyasətin tərkib hissəsdir. Belə çağırışlar olmalıdır. Torpaqlar bizimdirsə o yerlərə qayıdışımızı təmin etməliyik və bu barədə beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Ermənilər uzun müddət olmaya-olmaya belə kampaniya aparırlar. Müəyyən mənada da istəklərinə nail olurlar. Qarabağ heç vaxt onların torpağı olmayıb. Azərbaycanın müəyyən əraziləri heç vaxt onların torpaqları olmayıb. Lakin düşmən uzun illər bu təbliğatı aparıblar və inandırıblar ki, o torpaqlar özlərinindir. Özümüzün olan torpaqlara görə niyə məsələləri qaldırmayaq? İndiki vaxta da lap yerində edilmiş təşəbbüsdür. Təqdirə layiqdir. Onsuz da müharibə davam edir. Ermənistanın da tutduğu yol bizə məlumdur. Onlar ancaq savaş yolunu tutublar. Belə olan halda yenidən müharibənin başlanmasına bu məsələlərin zəmin yaradıb-yaratmamasının heç bir əhəmiyyəti yoxdur. Biz sülh çağırışları edirik, onlar buna məhəl qoymurlar. Təxribatlar törədir, beynəlxalq aləmə çıxırlar. Amerikanın, Fransanın hakimiyyət dairələrinin hərəsi Azərbaycan haqda çirkin fikir bildirirlər. Belə olan halda Azərbaycan müharibəyə hazır olmaldır.  Həm də təbliğatımızı da aparmalıyıq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Göyçə-Zəngəzur Respublikası çoxdan mövcud olan ideyadır. Mənasız və yersiz ideyadır. Biz buna rəvac verə bilmərik. Hörmətli deputatlarımız da bu məsələdən ağızdolusu danışırlar. Biz bu gün Qarabağ məsələmizi həll etməliyik. Qarabağ tam azad olmadıqca başqa mövzulardan, ideylardan boş-boş danışmaq olmaz. Real olan işin arxasınca getməliyik. Xocalı, Xankəndi, Xocavənd, Ağdərə qalıb. Biz bunları azad etməliyik. Yoxsa ki, beş-altı həvəskar adam yığılıb Respublika yaratsın. Göyçə mənim vətənimdir. Lakin bu söhbətlər hələ real deyil. İrəvan da, Göyçə də bizim olub.

Bu cür populist ideylarla, çıxışlarla məşğul olmaq yersizdir. Bu barədə ciddi nəsə deyə bilmirəm. Gələcəyi olmayan iş hesab edirəm. Ali Baş Komandanın ətrafında olaq, Xocalının qisasını alaq. Əsas məsələmiz Qarabağdır!”

Politoloq Şahin Cəfərli:

"Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib, hərbi toqquşma ehtimalı hər zaman yüksək olacaq.

Bununla yanaşı, Qarabağda Azərbaycan genişmiqyaslı bir hərbi əməliyyat keçirib, Xankəndi və rus sülhməramlılarının nəzarətində olan digər əraziləri geri alması ehtimalını hələki real görmürəm. Bunun üçün ən əvvəl Rusiya ilə anlaşmaq lazımdır. Rusiya isə buna razı olmaz - ən azı, əvəzində nəsə əldə etmədən, bizdən bir şey almadan Moskva belə bir əməliyyata razılıq verməz. Onlar hansı halda Azərbaycanın Xankəndinə qayıdışına razı ola bilərlər? Məsələn, mümkündür ki, Rusiya sülhməramlılarına Azərbaycan tərəfindən daimi hərbi baza statusu verilməsini istəyə bilərlər. Yəni təxminən SSRİ dövründəki status-kvonun bərpası. Bu halda Rusiya Azərbaycanda və bölgədə öz mövqelərini gücləndirmiş və burdakı mövcudiyyətini təminat altına almış olur. Azərbaycan belə bir varianta gedərmi? İndiki halda buna birmənalı "hə" və ya "yox" cavabı vermək çox çətindir. Bu, qlobal və regional geosiyasi proseslərin gedişindən asılı olacaq. Rusiya və Türkiyədə Putin və Ərdoğan hakimiyyətlərinin gələcək taleyi bizim bölgəyə birbaşa təsir göstərəcək".

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı