Ermənistan uğursuzluğa düçar olacaq Politoqdan erməni qəzetinin iddialarına CAVAB

Siyasət 16:08 27.10.2022

Ermənistan Türkiyə və Azərbaycanla olan sərhədlərini İran ordusunun qorumağını istəyir.

Bu barədə Ermənistanın “Hrparak” qəzeti məlumat yayıb.

Məsələ ilə bağlı Ednews-a danışan politoloq Natiq Miri qeyd edib ki, Ermənistan rəhbərliyi düşüncəsiz hərəkətləri ilə zaman qazanmağa çalışır.

“Ermənilər düşünürlər ki, regional və qlobal səviyyədə nə zamansa siyasi vəziyyət dəyişəcək, bununla da Azərbaycanla münaqişədə üstünlüklər qazanacaqlar. Amma onlar tamamilə yanılırlar. Bu gün regionda hazırki vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycan, Türkiyə və Rusiyanı prosesdən kənarlaşdırmaq və bura başqa siyasi qüvvələri cəlb etmək qeyri-mümkündür. Bu heç vaxt baş verməyəcək. Ermənistan rəsmiləri bu istiqamətdə əbəs yerə əziyyət çəkməsinlər, onsuzda onlar uğursuzluğa düçar olacaqlar”.

Politoloqun sözlərinə görə, İran Ermənistanda siyasi, hərbi və iqtisadi cəhətdən Rusiyanı və Qərbi əvəzləmək imkanlarına malik deyil. 

“Ermənistanın İranla hərbi məsələlərdə, daha doğrusu öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsində ortaq razılaşmaya gəlməsi o qədər də asan məsələ deyil. Hazırda Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında sülh prosesi gedir. Eyni zamanda Aİ-nın sülh formatında ABŞ da iştirak eləyir. Buna görə də İran qoşunlarını Ermənistana dəvət etmək, habelə Azərbaycan və Türkiyə ilə sərhəd ərazilərinin mühafizəsini bu dövlətə tapşırmaq demək olar ki, bütün sülh prosesindən imtina etmək anlamına gələcək. İkincisi, Ermənistan Rusiyanın strateji müttəfiqidir və Moskvanın izni olmadan heç bir siyasi qüvvə bu ölkəyə daxil ola bilməz. Bununla yanaşı, İrəvan səhv addımı ilə özünü Qərbdən də uzaqlaşdıra bilər.

Dünyanın güc mərkəzlərindən imtina edərək İrana üstünlük vermək rasional siyasət ola bilməz. Rusiya hərbi, Qərb isə maliyyə cəhətdən Ermənistandan əl çəkərsə, bu ölkə məhv olub gedər”.

Sonda Natiq Miri bildirib ki, “Hrparak” qəzetində dərc olunan bu məlumat dezinformasiya xarakteri daşıyır.

“Bu qəzet müxalifətə xidmət edir və müxalif cəbhənin ünsürləri tərəfindən maliyyələşir. “Hrparak” qəzeti Paşinyan hakimiyyətini gözdən salmaq və Ermənistanın Qərblə əlaqələrində problemlər yaratmaq üçün dövriyyəyə buraxılıb”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı