Ermənilərdən növbəti OĞURLUQ Sarı gəlindən sonra indi də bu musiqimiz

Siyasət 21:39 11.11.2022

Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsəri ermənilər tərəfindən oğurlanıb.

Ednews xəbər verir ki, bu barədə  Əqli Mülkiyyət Agentliyindən bildirilib.

Bildirilib ki, Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsəri Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən “Qaram dardzats” adı altında ifa edilərək mənimsənilib və “Youtube” platformasında yayılıb.
Əqli Mülkiyyət Agentliyinin ekspertləri bəstəkar Eldar Mansurov və Faiq Sücəddinovun rəylərinə əsasən müəyyən edilib ki, ifa olunan “Qaram dardzats” adlı mahnı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsəri ilə eynidir.

“Zərif gülüşlüm” əsəri Cahangir Cahangirovun 1969-cu il 18 dekabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış və müvafiq kataloqa daxil edilib.

Musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilib. (Cahangir Cahangirovun 1971-ci ildə çap olunmuş “Mahnılar (fortepiano ilə oxumaq və xor üçün)”).

Bu mahnı, həmçinin Azərbaycanın məşhur ifaçılarından Şövkət Ələkbərova  və İslam Rzayev tərəfindən də ifa edilib və həmin ifalar “YouTube” kanallarına yüklənib.

Bu da o deməkdir ki, Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən “Qaram dardzats” musiqi əsəri plagiatdır və məşhur Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsərinin adı “Qaram dardzats ” adı ilə əvəz olunaraq təhrif edilib.

“Youtube” kanalında yerləşdirilmiş Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən musiqi əsəri haqqında verilən məlumatda Cahangir Cahangirovun adı göstərilməməklə onun müəllif kimi şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərindən isə əmlak hüquqları pozulub.

Mahnı haqqında verilən məlumatda aranjemançı kimi Khachik Sahakyan göstərilib. Müəllif-hüquq qanunvericiliyi baxımından mahnının arenjeman edilməsi üçün müəlllifdən və ya onun vərəsələrindən icazə alınmalıdır.

Bu hal eyni zamanda Azərbaycanın milli qanunvericiliyinin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduqları Ümumdünya Əqli Mülkiyyət Təşkilatınının (ÜƏMT) inzibati idarəçiliyində olan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən kobub şəkildə pozulmasıdır.

 


Bakıda quyuya düşdüyü deyilən gənclə bağlı şok detallar üzə çıxdı -Quyunun qapağı açıq deyilmiş

Xəbər xətti

"Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq"
11:03 29.06.2025
Cüdo yığmamız Avropa çempionu oldu
10:46 29.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi keçirilir
10:41 29.06.2025
Rusiya bir gecədə minə qədər PUA buraxa bilər
10:09 29.06.2025
HƏMAS-ın qurucularından biri öldürüldü
09:51 29.06.2025
Benzema evlənir
09:41 29.06.2025
Klublararası dünya çempionatı: "Çelsi" "Benfika"nı darmadağın etdi
09:35 29.06.2025
Qəzzada ölənlərin sayı artıb
09:21 29.06.2025
Güləş Millimiz Avropa çempionu oldu
09:05 29.06.2025
"Rəsmi izahat gözləyirik " -Ekspert danışdı
08:51 29.06.2025
"WhatsApp"dan hər kəsi sevindirəcək yenilik
08:23 29.06.2025
Şanlıurfa istilik rekordu qırdı
07:49 29.06.2025
Türkiyə kəşfiyyatı Suriya liderinə sui-qəsdin qarşısını aldı
07:18 29.06.2025
ABŞ-İran danışıqları başlayır
06:53 29.06.2025
Kasparov dövlət çevrilişinə cəhddə ittiham olunur
06:20 29.06.2025
Norris Avstriya Qran-prisinin seçmə mərhələsinin qalibi oldu
05:57 29.06.2025
Erik Tramp da prezident olmaq istəyir
05:33 29.06.2025
Pol Poqba "Monako"-ya keçdi
05:09 29.06.2025
Alp dağlarında helikopter qəzaya uğrayıb
04:47 29.06.2025
Xameneinin Azərbaycan nifrəti
04:22 29.06.2025
Türkiyədəki yanğınların əksəriyyəti nəzarət altına alınıb
03:49 29.06.2025
Ayda və planetlərdə torpaq satan Dennis Houpun təəccüblü hekayəsi
03:27 29.06.2025
Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib
02:54 29.06.2025
"Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"
02:31 29.06.2025
“Üçbaşlı yırtıcı” kimdir? -II Qareginlə bağlı dəhşətli faktlar
02:02 29.06.2025
Bu bürclər iki qat bayram yaşayacaq -Gündəlik Qoroskop
01:47 29.06.2025
Süni insan DNT-si artıq fantastika deyil
01:25 29.06.2025
Boyu süni şəkildə uzatmaq mümkündür?
00:56 29.06.2025
Klublarası Dünya Çempionatı: "Palmeyras" ilk 1/4 finalçı oldu
00:46 29.06.2025
Laçında minadan təmizlənməmiş ərazidə baş verən yanğın söndürülüb
00:43 29.06.2025
"iPhone"-nin ekranı böyüyəcək
00:38 29.06.2025
Niyə boyat şorba daha dadlı olur?
00:17 29.06.2025
Arı südü niyə belə bahadır? -Kilosu 2 min manatdır
23:59 28.06.2025
Overçukun Azərbaycana nəzərdə tutulan səfəri ləğv olundu -
23:48 28.06.2025
Putin hərbi xərcləri nə vaxt azaldacaq? -"The Telegraph"
23:39 28.06.2025
BAMF Prezidenti Umud Mirzəyev Putinə müraciət etdi: " Bu cür hərəkətlər xalqlarımızın dostluq ruhunu sarsıdır"
23:24 28.06.2025
"Erməni kilsəsi yalnız dini qurum deyil"
23:15 28.06.2025
Maqnit Anomaliyası ABŞ-yə yaxınlaşır
23:01 28.06.2025
AEBA əməkdaşları İrandakı nüvə obyektlərinə buraxılmayacaq
22:44 28.06.2025
İsrailin hücumu zamanı öldüyü deyilən Əli Şamxani üzə çıxıb
22:29 28.06.2025
Hamısı