“Rusiya sülhməramlıları Qarabağı tərk etməlidir!” Politoloqlar son proseslərdən DANIŞDI

Siyasət 15:01 13.12.2022

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.

Ednews proseslərin gedişatı haqqında politoloqların fikirlərini öyrənib. Cavabları təqdim edirik.

Politoloq Əlimusa İbrahimov açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin açılmasında Rusiya tərəfinin Azərbaycandan daha artıq maraqlı olması hamıya məlumdur. Mütəxəssislər bunu Rusiyaya Rusiya-Ukrayna müharibəsi nəticəsində tətbiq olunan sanksiya ilə əlaqələndirirlər. Məlumdur ki, bu üzücü müharibə başa çatdıqdan sonra belə sanksiyalar uzun müddət Rusiyanın üzərindən götürülməyəcək.

“Rusiya bu dəhliz vasitəsi ilə özünü zəruri məhsullarla təmin edəcək. Təbii ki, bu səbəb Rusiyanın Zəngəzur dəhlizinin məhz Azərbaycanın şərtləri çərçivəsində fəaliyyətə başlamasında maraqlı olması üçün yetərlidir. Məlum olduğu kimi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən Rusiya Sülhməramlı Kontingenti 2025-ci ildə fəaliyyət müddətini başa vurur. Bu müddətin uzadılması Rusiyanın regionda mövcudluğu üçün həyatı əhəmiyyət daşıyır və Azərbaycanla Ermənistana qarşı ən tutarlı təsir mexanizmidir. Qarabağ torpaqlarının erməni işğalından azad olunmasından sonra Rusiyanı Cənubi Qafqazda möhkəmləndirən ən ciddi arqument  onun burada yerləşdirdiyi sülhməramlı kontingentidir.

Politoloq bildirib ki, məhz buna görə də hazırda Kreml sülhməramlıların mandatını əldə etməklə regiondakı mövcudluğunu möhkəmləndirməyə və uzatmağa çalışır. Amma orada artıq hiss edirlər ki, sülhməramlı kontingenti bölgədə beş ildən artıq saxlamaq Rusiya üçün çox çətin olacaq.

“Bəlkə də heç mümkün olmayacaq. Çünki, Azərbaycan tərəfi Rusiya hərbçilərinin sülhməramlı geyimində bölgədə qalmasının müddətini uzatmaqda qəti maraqlı deyil. Sülhməramlılar missiyalarına aid olmayan hər işlə məşğuldur və onların qanunsuz əməlləri barədə sübutlar təqdim etməkdən Azərbaycan tərəfi yorulub. Onlar hazırda az qala Qarabağda ilişib qalan erməni tör-töküntüləri qədər başağrısıdır və Azərbaycana qarşı ikinci cəbhə funksiyası daşıyır”.

Siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə sülhməramlılar səlahiyyət həddini aşır. Ermənilərin ekoloji terroruna göz yumub bizim qarşımızı kəsirlər.

“Haqlı olaraq Azərbaycan QHT təmsilçiləri buna etiraz edirlər. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd Azərbaycan torpaqlarıdır. Biz ora gedə bilərik və gedəcəyik də. Bundan sonra ümumiyyətlə adıçəkilən ərazilərə azərbaycanlılar buraxılmalıdır. Ümumiyyətlə biz bu yerlərin sahibiyik və oradan məcburi köçkün salınan soydaşlarımızı ora qaytarıb məskunlaşma tələbi qoymalıyıq.

Vardanyan, onun əlaltıları olan separatçılar, rus sülhməramlılar Qarabağdan çıxarılmalıdır. Biz Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərin təhlükəsizliyini özümüz təmin edərik".

Oğuz Ayvaz  

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı