Moskva haqqın yoluna qayıdır? “Lavrov mənim 2 il əvvəl dediyim ifadəni indi deyir” - İqor Korotçenkodan ÖZƏL

Siyasət 20:47 03.02.2023

“Rusiya əslinə qalsa son 20 ilə baxsaq görə bilərik ki, erməni işğalı altında olan Qarabağın Azərbaycan ərazisi olduğunu hər zaman tanıyıb”.

Bu sözləri rusiyalı politoloq, Rusiyada nəşr olunan Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Rusiya XİN naziri Sergey Lavrovun son açıqlaması ilə bağlı Ednews-a açıqlamasında deyib.

“Rusiya BMT-də həmişə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən qətnamələrə səs verib. Ona görə də siyasi və diplomatik səviyyədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı həmişə tanınıb. Bu, həllini Rusiya tərəfindən həyata keçirilən faktiki sənədlərdən irəli gəlir”,- deyə, o, əlavə edib.

İ.Korotçenko Rusiya XİN nazirinin “erməniləri işğalçı adlandıraraq, Qarabağın Azərbaycan ərazisi” olduğunu etiraf etməsini belə şərh edib: “Əvvəllər Ermənistana qarşı fərqli siyasi formullardan istifadə olunurdu ki, bu da İrəvanı gərinləşdirmirdi. Bu gün Lavrov artıq kifayət qədər sərt diplomatik ritorikadan istifadə edib. Görünür bu baxımdan Lavrovun davranışı Ermənistan cəmiyyəti üçün müəyyən dərəcədə şok effekti yaradıb. Çünki onlar Moskvanın yumşaq və ehtiyatlı mövqeyinə öyrəşiblər. Amma bu gün, sözü açıq-aydın deməyin vaxtı gəlib çatıb”.

Politoloq həmçinin Rusiyanın neytrallıqdan kənara çıxmasının Paşinyanın Qərbə üz tutması, o cümlədən Fransaya səfəri və regiona digər sülhməramlı missiyaların dəvəti ilə bağlı olub olmadığına da aydınlıq gətirib. 

“Birincisi, rəsmi İrəvan son bir neçə ay ərzində müşahidə etdiyimiz bir sıra anti-Rusiya bəyanatları və əməli hərəkətləri ilə xeyli nəzərə çarpıb. Aydındır ki, diplomatiya adətən qıcıqlandıran tərəfə də reaksiya verməyi tələb edir. Təbii ki, Aİ-nin monitorinq missiyasının Ermənistana dəvətləri tamamilə anti-Rusiya hərəkətidir. Oraya təkcə diplomatlar deyil, həm də karyera kəşfiyyatçıları gəldiyinə və əslində bu müşahidə missiyası olmadığına görə onu gələcəkdə Aİ-nin hərbi mövcudluğu formatına çevrə bilən polis-kəşfiyyat missiyası adlandırmaq olar. Ermənistan ərazisində NATO ölkələri "at oynadır" - ən azından proseslər bu gün belə davam edir. İrəvan Rusiyadan getdikcə daha uzaq mövqe tutur, Fransa, ABŞ, Aİ və digər Qərb güc mərkəzləri ilə sıx əlaqələr qurur. Bütün bunlar Moskvada nəzərə alınır. Ona görə də müəyyən qədər demək olar ki, bu, rəsmi Kremlin növbəti dəfə Paşinyana verdiyi mesajdır ki, əvvəlki kimi başqa heç kim erməni maraqlarına xidmət etməklə məşğul olmayacaq. Bu gün külək öz səmtini dəyişir. 

Hətta Rusiya Federasiyasının kütləvi informasiya vasitələrində və müxtəlif analitik strukturlarında erməni lobbiçilərinin kütləvi dominantlığına baxmayaraq, bu gün obyektiv tendensiya güclənir. Bu, Rusiyanın ekspert icmasının “qatıq ağdırsa ağdır” prinsipinə geri dönməsi ilə bağlıdır.  2 il əvvəl bir neçə nəfərin Ermənistanın işğalçı olduğunu, Azərbaycanın isə öz ərazilərini azad etdiyini deməsi bu gün Rusiyanın ali siyasi rəhbərliyinin rəsmi ritorikasına çevrilir. Hər halda, Xarici İşlər Nazirliyi hazırda mənim İkinci Qarabağ müharibəsi zamanı baş verən hadisələri şərh edərkən işlətdiyim terminologiyadan istifadə edir. Bu şəxsən məni sevindirir. Belə çıxır ki, ekspert Korotçenkonun tutduğu mövqe bu gün, 2 ildən sonra Rusiya Xarici İşlər Nazirliyi Lavrov tərəfindən götürülür və eyni terminologiyadan istifadə edir. Bir mütəxəssis kimi başa düşürəm ki, mən düzgün yolda olmuşam, vəziyyəti düzgün təhlil etmişəm və bu gün bu, Rusiya Federasiyasının rəsmi mövqeyinə çevrilməkdədir”. 

Elnur Ənvəroğlu

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı