İranlı hərbçi donaraq ölüb.
Ednews xəbər verir ki, bu barədə “İSNA” nəşri məlumat yayıb.
Hadisə İranın cənubunda yerləşən Kohgiluyə və Boyer-Əhməd ostanında baş verib.
Belə ki, İmam Hüseyn batalyonunun 48-ci Fəth briqadasının üzvü Davud Cavadanyanın soyuq havada vəzifəsini yerinə yetirərkən donaraq öldüyü bildirilir.