“Hitler müharibəni uduzub və bunu qəbul edibsə, Paşinyanın da... ” Politoloqdan Simonyanın fikirlərinə ŞƏRH

Siyasət 12:30 01.03.2023

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Azərbaycanla sülh müqaviləsində Qarabağla bağlı müddəa olmamalıdır. Simonyan sülh müqaviləsinə dair Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi təkliflərə rəsmi Bakının reaksiyasına bələd olmadığını deyib.

Simonyanın fikirlərini Ednews-a şərh edən politoloq Cümşüd Nuriyev qeyd edib ki, Azərbaycan Qarabağ məsələsinin sülh müqaviləsinə salınmasının, ümumiyyətlə, bunun Ermənistan və digərləri ilə müzakirə edilməsinin tərəfdarı deyil. 

“Qarabağ Azərbaycan ərazisidir, bizim başqa dövlətlə öz ərazimiz haqda danışmağımız, bununla əlaqəli hansısa sənəd imzalamağımız mümkünsüzdür. Azərbaycan qanunları da buna imkan vermir. Azərbaycan Konstitusiyasına uyğun olaraq, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi bizim daxili işimizdir. Bəli, biz Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə əlaqə saxlayaraq onlarla iş görmək istəyirik, bunu edə bilərik, amma bu o demək deyil ki, bu əlaqələri başqa müstəvidə gündəmə gətirəcəyik və ya gətiririk”.

Siyasi analitik hesab edir ki, əgər Simonyan, Mirzoyan və digər erməni rəsmiləri ağıllanırlarsa, demək, ermənilər yavaş-yavaş düzəlirlər. Paşinyanı başa düşürəm, gah elə danışır, gah da belə. Onun da ağılsız danışıqları çoxdur. Onlar dərk etməlidirlər ki, Hitler kimi bir adam müharibəni uduzursa və bunun şərtlərini qəbul edirsə, Paşinyanın da bunu qəbul etmək məcburiyyətindədir. Ara qarışdırmaqla məsələlər həll olunmur.

“Artıq Ermənistan rəhbərliyi Azərbaycanın bu haqlı tələbini başa düşür və qəbul etməyə başlayıb. Əgər bir Ermənistan rəsmisi belə deyirsə, bu o deməkdir ki, Azərbaycan aparılan danışıqlarda öz milli maraqlarına sadiqdir. Kimisə aşağılamaq istəmirəm, amma qələbə qazanan tərəf də, şərtləri və qaydaları müəyyən edən də Azərbaycandır. Biz beynəlxalq hüquq məsələsini gündəmə gətirmişik. Bunu görəndən sonra da Simonyan ayrı söz deməməlidir”.

Sonda C.Nuriyev əlavə edib ki, Ermənilərin xarici siyasətində sabitlik yoxdur, həm də həddən artıq mövqesizlik var. Eyni zamanda, Qarabağ yükündən qurtulmaq istəyirlər. 

“Amma bu yükdən necə xilas olacaqlarını bilmirlər. Ona görə də çox vaxt diplomatiyadan uzaq çərçivədə danışırlar. Təbii ki, Azərbaycan öz erməni əsilli vətəndaşları ilə əlaqə qurmalıdır və quracaq da. Azərbaycan qanunlarında və Konstitusiyasında vətəndaşlarımıza hansı hüquqlar və səlahiyyətlər verilirsə, yaxud Gəncədə, Sumqayıtda və Bakıda yaşayan 40 mindən çox erməni hansı səlahiyyətlərə malikdirlərsə, o ermənilər də bunlara sahib olacaqlar. Artıq bunu başa düşməyə başlayıblar”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı