Xəbər verdiyimiz kimi, Ermənistanın "Hraparak" qəzetinin məlumatına görə, müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində "Artsax Respublikası" ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb. Nəşrin xəbərinə əsasən, nazirin əmrində yazılıb:
"Artsax Respublikası" sözünü leksikondan çıxarmaq, yalnız "Dağlıq Qarabağ" sözlərindən istifadə etmək lazımdır".
Məsələ barədə Ednews-a danışan deputat Fazil Mustafa bildirib ki, əgər Ermənistan Azərbaycanın daxili işlərinə qarışmırsa, o halda hər hansı bir şəkildə Azərbaycan daxilində tanınmamış bir dövlət adından istifadəsinin problemlər yaradacağını bilir.
“Bu cür addımların atılması gözləniləndir. Hüquqa uyğun yol seçməyə üstünlük verirlərsə, bu qismən ağıllandıqlarını göstərir. Amma yenə də fərq etməz, “Dağlıq Qarabağ” adını çəksələr belə separatçılıq niyyətlərindən əl çəkmədikcə, Azərbaycanla münasibətlərində kəskinlik, gərginlik qalacaqdır. Azərbaycan məhz onların separatçılıqdan uzaqlaşması üçün özünün ciddi tədbirlərini görəcəkdir. Biz təklifimizi etmişik. Sonra deyilməsin ki, Azərbaycan bizə nə təklif edir. Biz bunu etmişik və cavab gözləyirik. Cavab da mənfi olarsa biz də öz ərazi bütövlüyümüzün bərpası istiqamətində və qanuna tabe olan vətəndaşlarımızın Qarabağda qorunması istiqamətində terroçulardan xilas olunması addımlarını atmağa qətiyyətli olacaqdır”.
Oğuz