Fransa-Korsika qarşıdurması kəskinləşir - ŞƏRH

Siyasət 14:35 01.02.2024

Korsika xalqı ilə Fransa arasında əsrlər boyu davam edən anlaşılmazlıq və gərginliklər mərkəzi hakimiyyəti narahat edən əsas məsələlərdən biri olub. Əksər hallarda, əvvəlki Fransa hökumətləri korsikalı həmkarları ilə ən həssas məsələlərdə kompromis tapmağı bacarırdılar.

Lakin bu dəfə hər şey fərqlidir. Əsasən, ona görə ki, son günlər Korsika müxalifətinin fikrincə, adada fərqli düşünən insanlara qarşı repressiya güclənib.

“Nazione” millətçi hərəkatının iki fəalının Fransa polisi tərəfindən həbs edilməsi bundan narazı olan vətəndaşların səfərbər olması ilə nəticələnib. Daha sonra, yəni yanvarın 31-də, onlar Parisə aparılıblar. Bu məsələ ilə tanış olan mənbənin sözlərinə görə, hər iki şəxs son fəaliyyətləri ilə bağlı aparılan məhkəmə istintaqı çərçivəsində həbs edilib.

Bu məqamda qey

“Nazione” üzvləri bu həbslərin vaxtının təsadüfən seçilmədiyini düşünürlər: bu həbslər yeni müstəqillik hərəkatının yaradılmasından bir neçə saat sonra və “Bovo” qurama prosesi çərçivəsində daxili işlər naziri Jerald Darmanenin səfərindən cəmi bir neçə gün əvvəl həyata keçirilib.

Yeri gəlmişkən, “Bovo” prosesi ilə Prezident Emmanuel Makron tərəfindən Fransa daxilində Korsika üçün muxtariyyətin yaradılması və ada ilə metropol arasında barışıq yolunun tapılması üçün komissiyanın təşkil edilməsi nəzərdə tutulur. Xatırladaq ki, onun tarixi E.Makronun ilk dəfə prezident seçilməsindən altı il sonraya - adada iğtişaşlar baş verdikdən sonra bununla bağlı səylər göstərdiyi dövrə uzanır. O vaxt Fransa dövlət başçısı Ayaççodakı yerli Assambleyaya müraciət etdi.

“Gəlin cəsarətli olaq və respublika daxilində Korsika muxtariyyəti yaradaq”, - E.Makron Korsika millətçilərinin üstünlük təşkil etdiyi, həmin şəxslərin bəzilərinin Fransadan müstəqilliyi ciddi şəkildə dəstəklədiyi zaldakı çıxışında bildirmişdi.

Yerli seçkidə millətçilərin qələbəsindən təxminən bir il sonra Korsikanın şikayətlərinə baxmaq məsələsi çox aktual idi. Üstəlik, 1998-ci ildə Korsikada yüksəkrütbəli fransız məmur olan prefekt Klod Erinyakın qətlinə görə ömürlük həbs edilən korsikalı millətçi İvan Kolonnanın həbsxanada öldürülməsindən sonra Aralıq dənizində yerləşən bu adanı iğtişaşlar bürümüşdü.

Buna cavab olaraq minlərlə etirazçı əllərində “Statu Francese Assassinu” (“Fransız dövləti qatildir”) və “I Francesi fora” (“Fransızlar rədd olsun”) yazılmış plakatlar tutaraq adanın şəhər və qəsəbələrində yürüşlər ediblər.

Ümumiyyətlə, görünür, bu problemi həll etmək mümkün deyil. İlk növbədə ona görə ki, korsikalı millətçi qruplar E.Makronun sözlərinin qeyri-səmimi olduğunu düşünürlər. Bundan başqa, müxalifət iki fəalın son həbsini onların azadlıqlarına və mərkəzlə ada arasında gələcək dayanıqlı sülhə hücum kimi qəbul ediblər. Bu məqam Fransa daxili işlər nazirinin səfərinə mənfi təsir göstərə bilər.

“Respublika prezidentinin səfəri nəhayət ki, bəzilərində yarana biləcək bütün şübhələri aradan qaldırıb. Onlar üçün Korsika xalqı yoxdur, sadəcə, ada icması var. Buna görə də Korsika xalqının tanınması planlaşdırılmır. Əslində, bununla adanın Fransa ilə ortaq taleyinin olmadığı bir daha təkrarlanır”, - FLNC hərbiləşdirilmiş hərəkatının nümayəndələri bəyan ediblər.

Korsikanın “Core in Fronte” partiyasının lideri Pol-Feliks Benedetti də bu həbsləri qarşıdan gələn çətinliklərin ilk əlamətləri hesab edir. O, repressiya və az qala terror məntiqində hərəkət edən dövlətin daim davam edən eyni davranışını tənqid edib.

Beləliklə, iki tanınmış millətçi fəalın həbsi gərginliyi daha da artırıb və sülh ilə həll yolunun axtarışını çətinləşdirib. Fransa hökuməti korsikalıların müstəqillik tələblərinə güzəştə getmədən onların qanuni şikayətlərini təmin etmək üçün bir yol tapmağa çalışsa da, korsikalıların repressiv hərəkətlər kimi qəbul etdiyi son addımlar vəziyyəti daha da qəzlişləşdirəcək.

“Report” İnformasiya Agentliyi

 

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı