Rusiya-Ermənistan gərginliyinin növbəti hərbi eskalasiya ilə yekunlaşacağı proqnozlaşdırılır. Bu qarşıdurma fonunda Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaranması ehtimalı varmı?
Məsələ ilə bağlı Ednews-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Rusiya və Ermənistan arasında olan gərginlik daha çox Azərbaycan-Ermənistan sərhədində müəyyən hərbi təxribatların törədilməsi ilə nəticələnə bilər:
"Düşünmürəm ki, yaxın zamanda Cənubi Qafqazda yeni bir münaqişə ocağı yaransın. Çünki Rusiya hələlik birbaşa Cənubi Qafqazda hansısa münaqişəyə müdaxilə etmək fikirində deyil. Paralel olaraq özünün geosiyasi maraqlarının əleyhinə ola biləcək yeni cəbhənin açılmasına da maraqlı deyil. Sadəcə olaraq Ermənistana qarşı bəzi tədbirlərin görülməsi ehtimalı və bu yöndə də konkret fəaliyyət mövcuddur".
N.Miri qeyd etdi ki, artıq anti-Paşinyan adlı koalisiya yaradılır və növbəti etiraz dalğası sınaqdan keçiriləcək:
"Əgər erməni cəmiyyətində yeni bir konsaridasiya mümkün olacaqsa, Rusiya bundan yararlanaraq bütün Rusiyayönlü kalonu birləşdirərək Paşinyan hakimiyyətini devirməyə çalışacaq. Ancaq əks təqdirdə düşünmürəm ki, yeni bir münaqişə ocağının yaranması ehtimalında Rusiya maraqlıdır. Çünki Rusiya o qədər də indiki Ukrayna cəbhəsi ilə bağlı özünün enerjisini başqa cəbhəyə yönəltməyə çalışmaz. Bunun üçün resurslar mövcud deyil".
Oğuz