Litvanın Milli İdman Agentliyinin icraçı direktoru Mindauqas Spokas, infrastruktur şöbəsinin müdiri Rimantas Serksnas, Təhsil və İdman Nazirliyinin müşaviri Dalia Qalnaitite Milli Gimnastika Arenasına baş çəkiblər.
Ednews-un məlumatına görə, ölkəmizdə səfərdə olan şəxslər Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri ilə görüşüblər.
Onlar idman obyektində yaradılmış şəraitlə tanış olublar.