Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək? - SORĞU

Siyasət 16:15 07.03.2024

Prezident seçkilərinin ardınca bu ilin payızında Azərbaycanda parlament seçkilərinin keçirilməsi gözlənilir. Bu fonda parlamentdə təmsil olunmağı hədəfləyən siyasi partiyaların artıq lazımi tədbirlərə start verməsi hərçənd zəruri görünür. 

Xatırladaq ki, eyni zamanda ilin sonunda COP-29 tədbiri də keçiriləcək və bu tədbirin keçirilməsi iddia olunan seçkilərə təsir edə bilərmi? Ümumiyyətlə, hazırlıqlar gedirmi və seçkilər nisbətən erkən ola bilərmi?

Ednews məsələ ilə bağlı partiya sədrləri arasında sorğu keçirib:

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Əvvəla onu deyim ki, ölkədə seçkilərə əvvəlki illərdən fərqli olaraq ciddi bir siyasi iradə nümayiş etdirilmir. Ona görə də düşünürəm ki, növbəti seçkilər elə əvvəlki illərdəki kimi olacaq. Eyni zamanda ölkədə həm nəhəng, beynəlxalq tədbirin keçirilməsi, həm də parlament seçkiləri kimi seçkilərin keçirilməsi müəyyən mənada seçkilərin normal keçirilməsi bu və ya başqa şəkildə mənfi təsir edəcək. Ümumiyyətlə, siyasət sahəsində belə bir söz var, bir seçki qurtardısa, digər seçki başlayır. Açığı deyim ki, qarşıdan gələn parlament seçkilərinə böyük ümidlər bəsləmirəm. Faktiki olaraq Azərbaycanda indiki durğunluq dövrünün bir müddətdə davam edəcəyini proqnozlaşdırıram”.

Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli:

“Real Partiyası bu ilin yanvar ayında parlament seçkilərinə hazıqlıq çərçivəsində seçki qərargahı təsis etdi. Siyasi Komitənin üzvü, Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Rəsul Cəfərov həmin qərargahın rəhbəri təyin edildi. Həmin qərargahda təqribən siyasi komitənin üzvlərini də saysaq 15-20 nəfər təmsil olunur. Onlar tədbirlər planını hazırlayırlar. Artıq bəzi tədbirlər də keçirilir. Dairələrin dəqiqləşdirilməsi, seçicilərlə iş planı – bütün bunlar artıq işçi rejimdə görülür. Mən belə başa düşürəm ki, REAL yeganə partiyadır ki, artıq seçki qərargahı yaradıb və seçki hazırlıqlarına start verib. Amma bir məchul var hələ. Parlament seçkilərinin vaxtı ilə bağlı hələ müxtəlif versiyalar səsləndirilir. COP-29 zamanı parlament seçkilərinin keçirilməsi o qədər də ağlabatan görünmür. Ona görə də ola bilər ki, vaxtı dəyişdirilsin. Bundan öncə referendumun olması ehtimalı da var. Bundan başqa paralament seçkilərinin hansı seçki sistemi üzrə keçiriləcəyi də dəqiq deyil. Tarixlərlə bağlı məlumatımız tam deyil. Çünki hakimiyyətin verəcəyi qərarlardır”. 

Ağ Partiya sədri Tural Abbaslı:

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi çoxdan gündəmdədir. Artıq Konstitusiyanın tələbi olunan müddət yaxınlaşır. Çünki Konstitusiyaya görə növbədənkənar parlament seçkiləri keçirilibsə, növbəti seçkilər 5-ci ilin noyabr ayının ilk bazar günü keçirilməlidir.  Buda düşür 2024-cü ilin noyabr ayının 3-nə səhv eləmirəmsə. Və həmin müddətdə artıq seçki keçirilməlidir. Yəni Konstitusiyanın tələbi budur. Qeyd elədiyiniz kimi noyabr ayında COP29  tədbiri var eyni zamanda səhv eləmirəmsə noyabr-dekabr aylarına bələdiyyə seçkiləridə düşür. Yəni bu qədər qarışıqlıqda parlamet seçkilərinin keçirilməsi biraz məntiqli görsənmir. Çünki parlament seçkiləri elə bir seçkilərdirki, burda iştirakçılarının sayı ən kütləvi və ən aktiv dönəm olur. Bələdiyyə seçkilərində çox namizəd olur amma orada o qədərdə rəqabət olmur. Parlament seçkilərində hər bələdiyyə üzrə demək olarkı, iki üç namizəd kompaniya aparır və həmin dairədə seçkilər xeyli aktiv keçirilir. Mən düşünürəmki yəqinki noyabr ayına qədər seçkilər keçiriləcək. Nə vaxt necə hansı formada- bu barədə demək  qeyri ciddi olardı. Çünki hakimiyyətin planlarıdı, hesablamalarıdı hansıkı biz bu barədə deyə bilmərik. Bir daha qeyd edimki əgər noyabrın 3-də olmayacaqsa  parlament yenə növbədənkənar keçirilməlidir. Tutaq ki, sentyabrda oktybarda keçirilsə belə parlament prosedura görə yenə buraxılmalıdır və yaxudda özünü buraxçalıdır və yenidən  seçki keçirilməlidir. Partiya olaraq biz təbbiki hazırlaşırıq yəni 2024 cü ildə  parlament seçkiləri olcağını hamımız öncədən  təxmin etmişdik. Prezident seçkiləri gözlənilməz oldu və ona görədə biraz prezident seçkilərində demək olarkı biraz gözlənilməzliklər baş verdi. Parlament seçkilərində bir çox partiyalar hazırlaşır eyni zamanda biz də hazırlaşırıq. Hazırlıq mərhələsində  namizədlərin müəyyən olunması  dairələrin namizədlər üzrə müəyyən olunması müşahidəçilərin müəyyən olunması şüaarların müəyyən olunması regionlar üzrə namizədlərin  müəyyən olunması digər partiyaların namizədlərinin dəqiqləşdiriməsi. Və bu kimi müxtəlif addımlar atılır və bizdədə bu proses başlıyıb. Yəni Ağ partiya öz namizədlərini istər idarə heyətində istər regionalardan öz namizdədlərini daxildə müəyyənləşdirməyə çalışır. Yəni müşahidələrin aparılması seçkinin təşkil olunması və.s, bir sözlə hazırlaşırıq. Yenə ehtimal edirikki noyabra qədər keçiriləcək və çalışacayıqki Ağ partiya ən aktiv iştirak edən  və ən çox təmsil olunan partiya olsun. Amma bunu zaman göstərəcək”.

Əkbər Novruz

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Hamısı